Sumqayıtda hava

Cəmiyyət

Hz Məhəmməd Peyğəmbər (ə) Sumqayıtda yad edildi (FOTO)

Hz Məhəmməd Peyğəmbər (ə) Sumqayıtda yad edildi (FOTO)


İslam dünyası rəbbiül-əvvəl ayının 12-17-si tarixlərini əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) mövludu günləri kimi qeyd edir. İslamın böyük alimləri bu həftəni "Vəhdət həftəsi" elan ediblər.

Bu münasibətlə Sumqayıt şəhəri Cümə məscidində Hz.Muhəmməd və İmam Sadiq əleyhissalamlara həsr olunmuş tədbir təşkil olunub. Bayramda şəhərin axundu Hacı Rauf, alimlər, ziyalılar, məddahlar və möminlər iştirak edirdilər.

Tədbir müqəddəs Qurani-Kərimin tilavəti ilə başladı. Daha sonra, Hacı Rauf peyğəmbər və imamın həyatından danışaraq, tədbir iştirakçılarını məlumatlandırdı. Tədbirdə Qafqaz Müsəlmanlar İdarəsinin Nümayəndəsi Hacı Fuad Nurullayev və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Sumqayıt-Abşeron bölgəsi şöbə üzrə müdiri Azər Abbasov da iştirak edirdilər.

Tədbirdə iştirak edən ilahiyyatçı Seyid Fərrux, Katec qəsəbəsinin axundu Hacı Mir Fəyyaz, Corat qəsəbəsinin axundu Hacı Sahib, Ceyranbatan qəsəbəsinin axundu Mir Kazım və digər tanınmış alimlər o həzrətlərin həyatı barədə moizələr edərək insanları xoşhal etdilər. Bundan savayı, “Nur” nəğmələr qrupunun ifaçıları öz gözəl səslərilə tədbirə əsl bayram ab-havası qataraq, tədbir iştirakçılarını şənləndirdilər.

Tədbirin sonu şam namazına təsadüf etdiyindən, cəm halda namazlar qılındı və Peyğəmbər və İmam (ə) adına ehsan süfrəsi açıldı.

Hz Məhəmməd Peyğəmbər (ə) Sumqayıtda yad edildi (FOTO)

Hz Məhəmməd Peyğəmbər (ə) Sumqayıtda yad edildi (FOTO)

Hz Məhəmməd Peyğəmbər (ə) Sumqayıtda yad edildi (FOTO)

(XeberLent.az)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR