Sumqayıtda hava

Cəmiyyət

Gənclər Fondunun dəstəyi ilə kitab aksiyası keçirildi

Gənclər Fondunun dəstəyi ilə kitab aksiyası keçirildi

Gənclər Fondunun dəstəyi ilə kitab aksiyası keçirildi

Gənclər Fondunun dəstəyi ilə kitab aksiyası keçirildi

Məktəblilərə oxumaq üçün 1200 ədəd elmi- bədii ədəbiyyat bağışlandı.

Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Kitab oxu - kitab qazan” adlı layihənin növbəti mərhələ üzrə yekun tədbiri baş tutub. Yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata marağın artırılması məqsədi ilə həyata keçirilən layihənin icraçısı Nailə İsmayılovanın sözlərinə görə layihənin ilk mərhəsində Nizami rayonu 129 saylı məktəbin zalında 24 orta məktəb arasında hər məktəbdən 50 kitab olmaqla kitabtoplama kampaniyası keçirilib:

"Ümumi sayı 1200 ədəd olmaqla toplanan kitabları 200 nəfər məktəbli yeniyetmələr öz istək və arzularına uyğun olaraq seçiblər. Verilən tapşırığa əsasən məktəblilər seçdikləri kitabları müəyyən zaman ərzində oxuyaraq kitab haqqında rəylərini yazılı şəkildə ekspertlərə təqdim ediblər. Toplanmış rəylər kodlaşdırılıb. Daha sonra bu rəylər ekspertlər tərəfindən təhlil olunaraq dəyərləndirilib. Dəyərləndirilmiş rəylər I - 1 yer, II - 2 yer, III - 3 yer və eyni zamanda həvəsləndirici yerlərə bölünməklə qiymətləndirilib”.

Qeyd edək ki, 129 saylı tam orta məktəbin akt zalında təşkil olunan mükafatlandırma tədbirində Nizami rayon İH-nin başçısının müavini Gülnaz İsrafilova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Fərman Abdullayev, 129 saylı tam orta məktəbin direktoru Esmira Quliyeva, "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin sədri Kəmalə Məmmədova və Gənclər Fondunun əməkdaşları iştirak ediblər. Tədbiri çıxış sözü ilə layihənin icraçısı Nailə İsmayılova açaraq, Gənclər Fondunun QHT-lərə və fərdi gənclərin layihələrinə verdiyi dəstəyi təqdirəlayiq hal hesab etdiyini bildirib. Daha sonra Nizami rayon İH-nin başçısının müavini Gülnaz İsrafilova layihənin mahiyyətinin nə qədər vacib olduğunu önə çəkərək öz fikirlərini söyləyib. O bir daha kitabın insanın şəxsiyyət kimi formalaşmasında əhəmiyyətini xüsusilə qeyd edərək yeniyetmə və gənclərə öz tövsiyyələrini verib, donor və layihə icraçılarına bu layihənin məhz Nizami məktəbliləri arasında təşkil etdikləri üçün təşəkkürünü bildirib.Sonda qaliblərlə birgə 25 nəfər yeniyetmə və gənc məktəbliyə sertifikatlar təqdim olunub. Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında mükafatlandırmanı qeyd ediblər.

Qurbanəli Ömər

"Yenisumqayit.az"

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR