Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın yarmarkalarında səyyar laboratoriyalar fəaliyyət göstərəcək

Sumqayıtın yarmarkalarında səyyar laboratoriyalar fəaliyyət göstərəcək

Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejiminə keçəcək.

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin strukturları 12-20 mart 2016-cı il tarixlərində təşkil ediləcək kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında, eləcə də bayram ərəfəsi və bayram günlərində Respublikanın digər şəhər və rayonlarında keçiriləcək yarmarkalarda, bazarlarda əhalini keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin etmək, insanların sağlamlığını qorumaq, ticarət yerlərində baytarlıq-sanitariya qaydalarına ciddi nəzarətin aparılması məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin məlumatına görə, bayram ərəfəsi və bayram günlərində rayon (şəhər) baytarlıq idarələrinin rəislərinə heyvan və heyvan mənşəli məhsullarının satışı yerlərində ətin və digər heyvan mənşəli məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi, ticarət üçün ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq nəzarətindən keçməyən heyvan, heyvan mənşəli məhsulların və xammalın satışının qarşısının alınması, bazarlarda və yarmarkalarda baytarlıq-sanitariya ekspertiza işlərində keyfiyyətin artırılması tapşırılıb.

Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində təşkil edilmiş yarmarkalara çıxarılacaq heyvan və heyvan mənşəli məhsulların vaxtında və yerindəcə müayinələrinin yüksək səviyyədə təşkili üçün ərazilərdə səyyar baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərəcək.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR