Sumqayıtda hava

Cəmiyyət

Fəxri Ağayev SUMQAYITDA master klas keçirdi - FOTO

Fəxri Ağayev SUMQAYITDA master klas keçirdi - FOTO

Fəxri Ağayev SUMQAYITDA master klas keçirdi - FOTO

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt "İB Club”un birgə təşkilatçılığı ilə martın 12-də "Sumqayıt Gənclər Evi”ndə "Müvəffəqiyyət - şərtlər vacibdirmi?” mövzusunda seminar keçirilib.

Baş İdarədən verilən məlumata görə, təlimdə Bakı şəhəri də daxil olmaqla şəhərimizin müxtəlif sahələrini təmsil edən 100-ə yaxın fəal gənc iştirak edib. Fəxri Ağayev tərəfindən verilən seminarda uğurun əldə olunması üçün hədəflərin bəlli edilməsi, bu hədəflərə çatma yolunda icra planının hazırlanması və onun əhəmiyyəti, uğurlu karyeraya gedən yolda sağlam həyat tərzinin vacibliyi istiqamətlərində interaktiv metodla fikir mübadiləsi aparılıb, təcrübi biliklər aşılanıb.

Seminarda həmçinn iştirakçılar üçün Fəxri Ağayevin "Saxla zamanı, gәlәr zamanı!” kitabının təqdimatı edilib.Böyük maraqla dinlənilən seminarda iştirakçılar mövzu ətrafında onları maraqlandıran suallara da cavab tapıblar.

Baş İdarədən həmçinin o da bildirilib ki, gənclərin maraq sahələrinə uyğun müxtəlif mövzularda təlim və seminarların keçirilməsi davamlı olacaq və bu istiqamətlərdə təklifi olanlar sumqayit_genc@mail.ru elektron ünvanına müraciətlərini göndərə bilərlər.

Sonda seminarda fəal olan və auditoriyaya maraqlı olacaq suallar ünvanlayan 3 nəfər iştirakçıya "Saxla zamanı, gәlәr zamanı!” kitabları hədiyyə olunub və kofe-break süfrəsi təşkil edilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR