Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda dini radikalizmlə mübarizə mövzusunda tədbir keçirilib

Sumqayıtda dini radikalizmlə mübarizə mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, martın 14-də Sumqayıt şəhər "Cümə” məscidi dini icmasının həyata keçirdiyi "Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” layihəsi çərçivəsində Sumqayıt şəhərində də maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, Sumqayıt şəhər "Cümə” məscidi dini icmasının sədri Rauf Sərdarov, dini icmanın üzvləri, dindarlar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rauf Sərdarov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışaraq dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı Prezidentin Sərəncamını dövlətin dinə növbəti qayğısı kimi qiymətləndirib. Dini icma sədri çıxışında İslamın sülhə, vəhdətə çağırışından, vəhdətin və birgəyaşayışın Azərbaycan nümunələrindən geniş söhbət açıb.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov din və dövlət münasibətləri, bu münasibətlərin uğurlu təşkilində dini inanc və insanların mühüm rolunu tarixi-fəlsəfi baxımdan izah edib.

Tədbirdə iştirak edən AMEA-nın dissertantı, ilahiyyatçı Samir Ağayev müqəddəs kitabın insanları sülhə, ədalətə, vəhdətə, vətənpərvərliyə səsləyən bir çox surə və ayələrini geniş şərh edib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR