Sumqayıtda hava

Faydalı

Qan aldırmağın möcüzəli FAYDALARI

Qan aldırmağın möcüzəli FAYDALARI

Məhəmməd peyğəmbər (səv) 14 əsr bundan əvvəl qan aldırmağı insanlara tövsiyyə edir və onun faydası haqqında deyirdi:

"Qan aldırmaq bütün xəstəliklərə şəfadır. Hamınız qan aldırmağa çalışın”.

Onun (səv) qan aldırmağın fəziləti haqqında dediyi aşağıdakı fikirlər sonradan elm aləmində öz təsdiqini yüzə-yüz tapdı:

"Ac olan zaman qan aldırmaq da çox xeyirlidir. Ağıl və hafizəni artırar. Əgər insan başdan qan aldırmaq istərsə, bu yeddi dərdə şəfadır: ruhi xəstəlik, baş ağrısı, cüzam, mürgüləmək, diş ağrısı, baş gicəllənməsi. Qan aldırmaqla şiddətli istidən qorunun. Çünki istidə qan qatılaşıb adamı xəstə edə və ya öldürə bilər."

Bu gün müasir tibb elmi qanın qatı olduğu polisitemiya xəstəliyində qan aldırmaq xüsusi müalicə üsulu kimi müəyyən edilir.

Moderator.az saytı qan aldırmağın möcüzəli faydalarını təqdim edir:

-Uşaqlarda və yeniyetmələrdə boyun, çəkinin və inkişafın sürətini artırar.

- Körpələrin, uşaqların və yeniyetmələrin iştahının artmasına səbəb olur.

- Uşaq və yeniyetmələrdə 91 dərdin, o cümlədən: su çiçəyi, migren, xroniki öskürək, ardıcıl soyuqdəymə, astma, alergiya, körpələrdə sarılıq (fizioloji sarılıq), gecə yerini islatmaq, zəif görmə və s. kimi xəstəliklərin müalicəsində müsbət təsirə malikdir.

- Görmə qabiliyyəti yaxşı olmayan bəzi uşaqlar hicamət etdikdən sonra gözlərinin zəifliyi düzəlir və daha eynəyə ehtiyacları olmur.

- Uşaq və yeniyetmələrin üz və dərilərinin şəffaflıq və gözəlliyinə səbəb olur. Habelə saçların böyüyüb təravətlənməsində də təsirlidir.

- Uşaq və yeniyetmələrin əksər dəri xəstəlikləri hicamət etməklə düzəlib.

- Uşaq və yeniyetmələrin yaddaşını, qavrama qüvvəsini şiddətli dərəcədə gücləndirir.

- Uşaq və yeniyetmələrin qan dövranını yaxşılaşdırır və qanazlığının dərmanıdır.

- Yeniyetmə qızlarda menstruasiyanın nizamlanmasında, eləcə də aylıq adətlərindəki narahatlıq və ağrının azalmasında çoxlu təsiri malikdir.

- Uşaq və yeniyetmələrdə bədənin müqavimətinin artmasına, əzələlərin daha çox genişlənməsinə, idman və hərəkət zamanı onların cismi təsirinin artması və bədən fəaliyyətinə səbəb olur.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR