Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıtda Maarifləndirmə mərkəzi yaradıldı

Sumqayıtda Maarifləndirmə mərkəzi yaradıldı

Çoxmənzilli binalarda yeni idarəetmə üsulları tətbiq edilir.

İqtisadiyyat Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və bu sahədə qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Artıq Bakı şəhərində, eləcə də Sumqayıt və Mingəçevir bələdiyyələri ilə görüşlər keçirilib, dəyirmi masalar təşkil olunub.

Nazirliyin məlumatına görə, görüşlərdə bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi işinin təşkilində yerli özünüidarəetmə orqanlarının rolu, hüquq və vəzifələri, mənzil mülkiyyətçilərinin ümumi yığıncaqlarının keçirilməsi qaydası və digər məsələlər barədə məlumatlar verilib, müvafiq qanunvericiliyin müddəalarını özündə əks etdirən broşurlar və kitabçalar paylanıb, bələdiyyə əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda, sakinlərin mənzil qanunvericiliyi, eləcə də yeni idarəetmə üsulları barədə məlumatlandırılması və bu sahədə onlara hüquqi və texniki yardımın göstərilməsi üçün Bakı şəhərinin Nizami, Nəsimi və Binəqədi rayonlarında, həmçinin Sumqayıt və Mingəçevir şəhərlərində Maarifləndirmə mərkəzləri yaradılıb.

Hazırda ölkənin digər şəhər və rayonlarının bələdiyyələri ilə işgüzar əməkdaşlığın qurulması istiqamətində müvafiq işlər davam etdirilir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR