Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Novruz Sevinci” - FOTOLAR

Sumqayıtda “Novruz Sevinci” - FOTOLAR

Sumqayıtda “Novruz Sevinci” - FOTOLAR

Sumqayıtda “Novruz Sevinci” - FOTOLAR

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Mədəniyyət və Turizm İdarəsi və Təhsil Şöbəsinin nəzdində Gənc Müəllimlər Şurası ilə birgə martın 16-da "Bakı” restoranında Novruz bayramına həsr edilmiş "Novruz Sevinci” adlı bədii-əyləncəli bayram tədbiri təşkil edib.

Bu barədə şəhər Gənclər və İdman Baş İdarəsindən bildirilib.

Şəhərin müxtəlif sahələrini təmsil edən ictimai-fəal gənclərin, gənclər təşkilatlarının və qrumlarının nümayəndələrinin iştirak etdiyi bayram tədbirində çıxış edən Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə milli-mənəvi dəyərlərin, adət və ənənələrin qorunub saxlanılmasında, daha da inkişaf etdirilməsindəki rolundan danışıb və bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Çıxışda həmçinin şəhər rəhbərliyinin adət-ənənələrimizin qorunub saxlanılmasında fəaliyyətindən danışıb, şəhər İcra Hakimiyyəti tərəfindən martın 18-də "Nəsimi” adına dənizkənarı Mədəniyyət və istirahət parkında Novruz bayramına həsr edilmiş ümumşəhər tədbirində fəal iştirak etməyə dəvət edib.

Tədbir Novruz səhnəcikləri, maraqlı oyunlar və müxtəlif musiqi nömrələri ilə davam edib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR