Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Teatrında “Hacı Qara” komediyası hazırlanır

Sumqayıt Teatrında “Hacı Qara” komediyası hazırlanır


Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşaların məşqlərinə başlayıb.

Bu barədə Teatrın direktoru İslam Həsənov məlumat verib.

Direktorun sözlərinə görə, hazırda Sumqayıt Teatrında görkəmli dramaturq M.F.Axundovun “Hacı Qara” komediyası hazırlanır. Tamaşanın məşqlərinə başlanılıb.

Yeni ilin ilk günlərində isə yazıçı Hüseynbala Mirələmovun “Vicdanın hökmü” əsəri əsasında hazırlanan tamaşanın premyerası olacaq. Yanvarın 10-da nümayişi gözlənilən tamaşanın rejissoru, teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovdur. Rolları Ulduzə Nəsir, Mətləb Səfərli, İlahə Səfərli, Habil Xanlarov və başqaları ifa edəcək.

Xatırladaq ki, Sumqayıt Teatrına 2015-ci ilin aprel-may aylarında Bolqarıstandan dəvət edilmiş rejissor Xristo Stoyçev gələcək. Bolqar rejissor teatrın səhnəsində U.Şeksprin “Otello” tamaşasına quruluş verəcək.

Teatrın baş rejissoru Firudin Məhərrəmov Nobel mükafatı laureatı A.Kamyunun “Kaliqula” əsəri əsasında tamaşa hazırlamağa hazırlaşır. Teatr direktorunun sözlərinə görə, tamaşanın məşqlərinə 2015-ci ilin yaz-yay aylarında başlanacaq.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR