Sumqayıtda hava

Manşet, Cəmiyyət

Zakir Fərəcov dənizkənarı bulvarda görülən işlərlə tanış olub - FOTOLAR

Zakir Fərəcov dənizkənarı bulvarda görülən işlərlə tanış olub - FOTOLAR

Sumqayıt şəhərində kompleks yenidənqurma işləri davam etdirilir.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olub.

"Sumqayitxeber.com"un məlumatına görə, İcra başçısı öncə dənizkənarı bulvarda aparılan tikinti işlərinin gedişi ilə maraqlanıb. Zakir Fərəcova məlumat verilib ki, artıq betonlama işləri aparılır, yaşııllıq zolağının salınması üçün hazırlıq görülür, yerə vurulan daş üzlüklər də artıq müəyyənləşdirilib. Bildirilib ki, artıq istinad divarı və parkın yağış sularından təmizlənməsi üçün yeraltı kanallar çəkilib. Bununla yanaşı dənizin daxilində də təmizləmə işləri aparılır.

Məlumata görə, İcra başçısı hər gün burada görülən işlərlə maraqlanır və görülən işlərə şəxsən nəzarət edir.

Sonda Zakir Fərəcov müvafiq tapşırıq və tövsiyyələrini verib.

Qeyd edək ki, Sumqayıt şəhərində dənizkənarı yeni bulvar və Sahil parkı layihəsinin uğurla icra olunması şəhərin simasını tamamilə dəyişəcək. Dövlət başçısının tapşırığına əsasən Sumqayıt sakinlərinin, eləcə də qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa vaxt ərzində dənizkənarı bulvarda ən müasir infrastruktur yaradılacaq.Yeni bulvarda müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Sumqayıt bulvarı özünəməxsus gözəlliyi ilə turistlərin diqqətini cəlb edəcək. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsi də nəzərə alınıb.

Bulvarda kiçikölçülü gəzinti avtobusları, avtomobil və velosiped üçün sahilboyu xüsusi hərəkət zolağı da salınacaq. Ərazidə nadir ağac və bitki nümunələri əkiləcək, müasir işıqlandırma sistemi quraşdırılacaq. Həmçinin burada istirahət obyektləri, atraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.

"Yenisumqayit.az"

Zakir Fərəcov dənizkənarı bulvarda görülən işlərlə tanış olub - FOTOLAR

Zakir Fərəcov dənizkənarı bulvarda görülən işlərlə tanış olub - FOTOLAR

Zakir Fərəcov dənizkənarı bulvarda görülən işlərlə tanış olub - FOTOLAR

Zakir Fərəcov dənizkənarı bulvarda görülən işlərlə tanış olub - FOTOLAR

Zakir Fərəcov dənizkənarı bulvarda görülən işlərlə tanış olub - FOTOLAR

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR