Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıt Şəhər İcra Hakimiyyəti tender elan etdi

Sumqayıt Şəhər İcra Hakimiyyəti tender elan etdi

Sumqayıt Şəhər İcra Hakimiyyəti 2016-cı ildə körpələr evi-uşaq bağçalarına ərzaq məhsullarının satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

"Fins.az"ın məlumatına görə, tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot -1.

Körpələr evi-uşaq bağçalarına ərzaq məhsullarının satınalınması.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda qeyd olunan lot üçün öz yazılı tender təkliflərini imzalanmış və möhürlənmiş şəkildə ikiqat zərflərdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, analoji işlərdə təcrübəsi, müqavilənin vaxtında yerinə yetirilməsi, maliyyə vəziyyəti. Tenderdə iştirak etmək istəyənlər lot üçün 200 (iki yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər. Əlaqələndirici şəxs - Əhmədov Rəhimdil Qılınc oğlu, telefon: (018) 65 51448.

Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005VÖEN: 1401555071

Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944

S.W.İ.F.T CTREAZ22

Təşkilat: Sumqayıt Şəhər İcra Hakimiyyəti

Hesab:AZ 14 CTRE 00000000000002516631

Büdcə səviyyəsinin kodu 7y

İqtisadi təsnifat 142340VÖEN: 2900054881

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 (iki) faizi həcmində bank təminatı zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədlər (tender təklifi, bank zəmanəti və iş qrafiki istisna olmaqla) 11 aprel 2016-cı il tarixə qədər, tender təklifi və bank zəmanəti isə möhürlənmiş ikiqat zərfdə 18 aprel 2016-cı il saat 12.00-a qədər Sumqayıt şəhəri, Azərbaycan prospekti, 9 nömrəli ünvanda yerləşən Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 19 aprel 2016-cı il saat 15.00-da Sumqayıt şəhəri, Azərbaycan prospekti, 9 nömrəli ünvanda yerləşən Sumqayıt Şəhər İcra Hakimiyyətinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iclasda iştirak edə bilərlər.

Tender komissiyası

"Yenisumqayit.az"

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR