Sumqayıtda hava

Cəmiyyət

Yaponiya Universitetinin nümayəndələri Sumqayıtda olub


Yaponiyanın Doşişa Universitetindən bir qrup professor və tələbə heyəti "ADA” Universitetinin dəvəti ilə Azərbaycana səfər edib.Səfər çərçivəsində martın 11-də Yaponiya və Türkiyədən olan professorlar, Nepal, Tayland, İran, Livan, İspaniya, Yaponiyadan olan tətqiqatçı tələbələrdən ibarət heyət Sumqayıt şəhərində olub, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovla görüşüb. Görüş zamanı Zakir Fərəcov Sumqayıt şəhərinin tarixi barədə qonaqlara məlumat verib, şəhərin inkişafından, son vaxtlar görülən işlərdən, yeni tikilən müəssisələrdən danışıb, şəhərdə tikilən yeni layihələrin rəsmlərini qonaqlara nümayiş edib. Qrupun rəhbəri professor Hisae Nakanişi 2015-ci ilin mart ayında oxşar missiya ilə Sumqayıta səfər etdiyini, şəhərin inkişaf templəri və unikal sosial-iqtisadi mühitindən yüksək təəsürat aldığını vurğulayıb.Zakir Fərəcov qonaqların suallarını cavablandırıb.Səfərin əsas məqsədi Azərbaycanda gedən sosial-iqtisadi inkişaf, ölkədəki ictimai-siyasi məsələlər, Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlər problemi və digər mövzularda nəzəri və praktiki biliklər əldə etmək, bu bilikləri beynəlxalq akademik çevrələrə təqdim etmək olub."Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR