Sumqayıtda hava

Siyasət

Hacı Zeynalabdin Bələdiyyəsində YAP-ın ərazi ilk partiya təşkilatı yaradılıb

Hacı Zeynalabdin Bələdiyyəsində YAP-ın ərazi ilk partiya təşkilatı yaradılıb

Martın 16-da Hacı Zeynalabdin Bələdiyyəsində qarşıdan gələn Novruz bayramı ilə əlaqədar, həmçinin Bələdiyyədə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib.

Bələdiyyədən "Yenisumqayit.az"a bildirilib ki, tədbirdə Bələdiyyənin sədri Elşən Məmmədov və sədr müavini Ramil Cəfərov, YAP Sumqayıt şəhər təşkilatının şöbə müdiri Vəzirxan Həsənov, digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Vəzirxan Həsənov YAP üzvlərinin əsasən gənclərdən təşkil olunduğunu qeyd edib.

Sonra Bələdiyyə sədri Elşən Məmmədov çıxış edərək, Hacı Zeynalabdin Bələdiyyəsi nəzdində YAP-ın ilk təşkilatının yaradılmasını təklif edib. Tədbirdə təşkilatı məsələyə baxılaraq Cəfərov Ramil Kamil oğlu ərazi ilk partiya təşkilatının sədri, Abbasov Vüsal Hidayət oğlu sədr müavini və Hüseynova Türkan Ərəstun qızı ərazi ilk təşkilatının Qadınlar Şurasının sədri seçiliblər.

Tədbirin sonunda Elşən Məmmədov və Vəzirxan Həsənov qarşıdan gələn Novruz bayramı münasibətilə, yeni seçilmiş tərkibi təbrik edərək təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıblar.

"Yenisumqayit.az"

Hacı Zeynalabdin Bələdiyyəsində YAP-ın ərazi ilk partiya təşkilatı yaradılıb

Hacı Zeynalabdin Bələdiyyəsində YAP-ın ərazi ilk partiya təşkilatı yaradılıb

Hacı Zeynalabdin Bələdiyyəsində YAP-ın ərazi ilk partiya təşkilatı yaradılıb

Hacı Zeynalabdin Bələdiyyəsində YAP-ın ərazi ilk partiya təşkilatı yaradılıb

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR