Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın uşaq musiqi məktəblərində konsert proqramları keçirilib - FOTOLAR

Sumqayıtın uşaq musiqi məktəblərində konsert proqramları keçirilib - FOTOLAR

Martın 16-da Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində ilaxır çərşənbə ilə əlaqədar tədbir keçirilib.

Şəhər Mədəniyyət və turizm idarəsinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə şagirdlər "Novruz” atributları haqqında məlumatlar verib, bayatılar, haqıştalar söyləyiblər. Nağaraçalanların və "Pöhrə” aşıqlar ansamblının çıxışı, məktəbin şagirdləri İbrahim Quliyevin ifasında "Novruzu”, Nərminə Baxşəliyevanın ifasında "Uzundərə” rəqsi (qarmon) şənliyə xoş ovqat qatıb. Məktəbin direktoru Vasif Heydərov müəllim və şagird kollektivini təbrik edərək xoş arzularını çatdırıb.

Q.Qarayev adına Uşaq musiqi məktəbində keçirilən konsertdə şagird və müəllim kollektivi bir-birindən maraqlı, bahar ətirli musiqi nömrələri ilə dinləyiciləri valeh ediblər. Xalq çalğı alətləri ansamblının ifasında musiqi nömrələri və xanəndələrin çıxışı dinləyicilər tərəfindən maraqla qarşılanıb.

S.Rüstəmov adına uşaq incəsənət məktəbində keçirilən tədbirdə məktəbin şagirdləri Gülnar əhmədli, Namiq Nuruşöv, Rəvan Ağayev, Əhməd Alməmmədovun ifasında bayram əhval ruhiyyəli mahnılar, eləcə də muğam və segahlar ifa olunub.Qeyd edək ki, digər uşaq incəsənət və musiqi məktəblərində də bayram şənliyi keçirilib.

"Yenisumqayit.az"

Sumqayıtın uşaq musiqi məktəblərində konsert proqramları keçirilib - FOTOLAR

Sumqayıtın uşaq musiqi məktəblərində konsert proqramları keçirilib - FOTOLAR

Sumqayıtın uşaq musiqi məktəblərində konsert proqramları keçirilib - FOTOLAR

Sumqayıtın uşaq musiqi məktəblərində konsert proqramları keçirilib - FOTOLAR

Sumqayıtın uşaq musiqi məktəblərində konsert proqramları keçirilib - FOTOLAR





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR