Sumqayıtda hava

Cəmiyyət

Qubadlılılar Novruz bayramını təmtəraqla qeyd ediblər

Qubadlılılar Novruz bayramını təmtəraqla qeyd ediblər

Novruz bayramı Qubadlı rayonunda hər il yüksək səviyyədə, təntənəli surətdə qeyd edilir.

Ənənəvi olaraq bu bayram ərəfəsində məcburi köçkünlərdən olan 900 aztəminatlı, imkansız ailələrə, o cümlədən şəhid ailələrinə  Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları paylanıb.

Martın 15-də Qubadlılılar ilaxır çərşənbə və Novruz bayramı münasibətilə köçkünlərin kompakt məskunlaşdığı ərazilərdə, o cümlədən Sumqayıt şəhərindəki 42-ci məhəllədə yerləşən 10 saylı peşə liseyinin həyətinində bayram şənliyi təşkil ediblər. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bayram tonqalı ətrafında məcburi köçkünlərlə görüşən Malik İsaqov onları bayram münasibətilə təbrik edərək, qeyd edib ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.

Malik İsaqov vuğulayıb ki, Qubadlı camaatı ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiqdir və onun layiqli davamçısı Prezident İlham Əliyevi hər zaman dəstəkləyir. Belə bir inam ifadə edilib ki, möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.

Tanınmış incəsənət xadimləri Aşıq Əhliman, Namiq Məna, Zahid Qubadlı, eyni zamanda Bərgüşad ansamblının, digər incəsənət xadimlərinin ifalarında hazırlanmış konsert proqramı, Novruzun simvolu olan Kosa və Keçəlin, kəndirbazın əyləncəli hərəkətləri tədbirə xüsusi rövnəq verib.Bayram tonqalı ətrafında xalq rəqsləri ifa edilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR