Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Universitetində möhtəşəm Novruz şənliyi keçirilib - FOTOLAR

Sumqayıt Dövlət Universitetində möhtəşəm Novruz şənliyi keçirilib - FOTOLAR

Martın 17-də Sumqayıt Dövlət Universitetinin həyətində möhtəşəmliyi və rəngarəngliyi ilə yadda qalan Novruz şənliyi keçirilib.

Tədbiri giriş sözü ilə univesitetin rektoru, professor Elxan Hüseynov açaraq tədbir iştirakçılarını bahar bayramı münasibətilə təbrik edib. Elxan Hüseynov çıxışında Novruz bayramının ən qədim bayramlardan biri olduğunu, xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayramın özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirdiyini qeyd edib. O, Novruz bayramının daşıdığı mənadan, xalqımızın həyatında yerindən və əhəmiyyətindən, həmçinin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliği istiqamətində həyata keçirilən işlərdən danışıb.

Çıxışının sonunda rektor milli adət-ənənələri özündə əks etdirən, bolluq-bərəkət rəmzi sayılan Novruz bayramı münasibətilə bir daha kollektivi təbrik edib və xoş arzularını çatdırıb.

Dədə Qorqud, Keçəl, Kosa və Bahar qızının meydana gəlişi ilə başlayan bayram tədbirində Novruz tonqalı qalanıb.

Tanınmış incəsənət ustaları Babək Niftəliyev, Fədayə Laçın və eləcə də universitetin özfəaliyyət kollektivinin ifaları, tələbələr tərəfindən hazırlanmış Novruz səhnəcikləri bayram şənliyinə xüsusi rəng qatıb.

"Yenisumqayit.az"

Sumqayıt Dövlət Universitetində möhtəşəm Novruz şənliyi keçirilib - FOTOLAR

Sumqayıt Dövlət Universitetində möhtəşəm Novruz şənliyi keçirilib - FOTOLAR

Sumqayıt Dövlət Universitetində möhtəşəm Novruz şənliyi keçirilib - FOTOLAR

Sumqayıt Dövlət Universitetində möhtəşəm Novruz şənliyi keçirilib - FOTOLAR

Sumqayıt Dövlət Universitetində möhtəşəm Novruz şənliyi keçirilib - FOTOLAR

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR