Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın xanım stolüstü tennisçiləri heç kimə macal vermədilər

Sumqayıtın xanım stolüstü tennisçiləri heç kimə macal vermədilər

Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında Azərbaycan Birinciliyi martın 18-də başa çatıb.

Federasiyadan verilən məlumata görə, birincilikdə Sumqayıt təmsilçiləri də mübarizə aparıblar.

Yarışların nəticələrinə əsasən Sumqayıt stolüstü tennisçiləri həm şəxsi, həmçinin də qoşa yarışlarda müvəffəqiyyətlər qazanıblar.

Belə ki, 2001-ci il və az yaşlı idmançılar arasında oğlanların qoşa yarışlarında Nəcəfli Nurlan (Sumqayıt) - Məmmədov Nihad (Şabran) cütlüyü III yerə layiq görülüb.

1998 - 2000-ci il təvəllüdlü qızlar arasında şəxsi birincilikdə hər üç yeri Sumqayıt təmsilçiləri tutublar. Belə ki, İmanova Məryəm I yerə, Şirinova Şərmin II yerə, Əhmədova Nəzrin III yerə layiq görülüb.

Oğlanlar arasında şəxsi birincilikdə II və III yerləri də Sumqayıt təmsilçiləri Qafarlı Yusif və Allahverdiyev Vəzir bölüşdürüblər.Onlar birlikdə qoşa yarışlarda da iştirak edərək II yerə layiq görülüblər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR