Sumqayıtda hava

Hadisə

Sumqayıtda oğurlanan avtomobil Göyçayda tapılıb - VİDEO

Sumqayıtda oğurlanan avtomobil Göyçayda tapılıb - VİDEO

Sumqayıtdakı maşın bazarından oğurlanan avtomobil Göyçay rayonundakı emalatxanalardan birindən tapılıb.

Sumqayıt polisi şəhər ərazisindən oğurluq edən şəxsi saxlayıb. "Xəzər Xəbər" məlumat verir ki, saxlanılan gənc şəhər ərazisindəki avtomobil bazarından ''VAZ- 2107'' markalı avtomobil oğurlamaqda şübhəli bilinir.

Avtomobil bazarından maşını oğurlayıb, Göyçayda satıb. Sumqayıtda avtomobil bazarında maşın satan şəxslərdən biri polisə müraciət edərək ''jiquli'' markalı avtomobilinin oğurlandığını deyib. Polis oğurlanan avtomobili dərhal axtarışa verib.Bir neçə gündən sonra oğurlanmış avtomobilin Göyçay rayonuna aparıldığı məlum olub. Avtomobili oğurlayan Bəydövül kənd sakini 26 yaşlı Lətif Kərimov saxlanılaraq istintaqa cəlb edilib.

Dindirmə zamanı o, əməlini etraf edib. Lətif Kərimov gecə ilə oğurladığı avtomobili rayona aparıb, Xəlidli kəndində ustaya satıb ki, izi itirsin. Eyni əmələ görə əvvəllər də məhkum olunan Lətif Kərimovun sözlərinə görə iki ay əvvəl həmin bazarda öz avtomobilini satıb. Oğurluq avtomobili Lətifdən alan maşın ustasına gəlincə isə o buna görə peşman olduğunu deyib. Polis ustadan həmin avtomobili geri alıb. Faktla bağlı cinayət işi başlanıb, bu işdə başqalarının da əlinin olması ehtimalı araşdırılır.

"Yenisumqayit.az"

 

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR