Sumqayıtda hava

Cəmiyyət

Xeberle.com bağlana bilər - Portal Sumqayıtlı oxuculardan kömək istəyir

Xeberle.com bağlana bilər - Portal Sumqayıtlı oxuculardan kömək istəyir

Media qurumu oxucularından kömək istəyir.

Ölkənin ən çox oxunan, Sumqayıtda fəaliyyət göstərən regional informasiya portalı Xeberle.com bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Sayt təsisçilərinin martın 7-də yaydığı açıqlamada bildirilir ki, yaxın vaxtlarda media orqanı fəaliyyətini dayandıra bilər:

"Artıq 4 ildir ki, Xeberle.com Sumqayıt şəhərinin ictimai-sosial, siyasi, mədəni həyatında baş verən hadisələri dolğun və operativ şəkildə oxucularına çatdırır, həmçinin baş verən nöqsanları göstərir. Eyni zamanda portalın təsisçiləri tərəfindən ötən ilin aprel ayında Sumqayıt TV (www.sumqayit.tv) adlı onlayn televiziya yaradılıb. 6 ay fəaliyyət göstərən Sumqayıtın ilk internet televiziyası müvəqqəti olaraq fəaliyyətini dayandırası olub. Bəllidir ki, ölkədə və regionda son bir ildə baş verən iqtisadi proseslər reklam bazarına, eləcə də gəlirlərə mənfi təsir göstərib. Hər gün minlərlə oxucusuna informasiya təminatçısı olan portal hazırda ciddi maliyyə böhranı keçirir. Bu da fəaliyyətimizə, birbaşa işimizin keyfiyyətinə mənfi təsir göstərməkdə davam edir. Artıq saytın fəaliyyətini əvvəlki kimi davam etdirmək gücündə deyilik. Saytda çalışan işçilər ixtisar edilib. Bütün bunlar bir daha onu göstərir ki, sayt ciddi maliyyə sıxıntıları keçirir və belə davam edərsə yaxın zamanlarda fəaliyyətini tamamilə dayandıra bilər”.

Təsisçilər qazandıqları uğurların əsasında oxucu rəğbətinin durduğunu vurğulayıb və sadiq, imkanlı oxucularından dəstək istəyib:

"Hər zaman bizi izləyən sumqayıtlılara, daim bizə dəyər verən oxucularımıza təşəkkür edirik. Yaxşı dərk edirik ki, bu gün qazandığımız uğurlara görə onlara borcluyuq. Bu illər ərzində bir sıra problemləri işıqlandırmışıq ki, sonradan öz həllini tapıb. Ölkənin ən iri KİV-ləri Sumqayıtla bağlı xəbərləri məhz portalımıza istinad edərək işıqlandırıb. İstərdik ki, Sumqayıt uğrunda fəaliyyətimizi bundan sonra da uğurla davam etdirək. Amma hazırda düşdüyümüz çətin vəziyyətdən çıxış yolunu yalnız sadiq, imkanlı oxucularımızın bizə yardım etməsində görürük. Biz birlikdə güclüyük”. - Sitatın sonu.

Xeberle.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR