Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt şəhər 46 saylı uşaq bağçasında Novruz şənliyi - FOTOLAR

Sumqayıt şəhər 46 saylı uşaq bağçasında Novruz şənliyi - FOTOLAR

Sumqayıt şəhər 46 saylı uşaq bağçasında xalqımızın ən qədim və milli bayramlarından olan, gəlişi ilə insanlara bahar təravəti və xoş ovqat bəxş edən Novruz bayramı münasıbəti ilə tədbir keçirilib.

Tədbiri bağçanın müdiri Sidqiyyə xanım Xıdırova giriş sözü ilə açaraq uşaqları, valideynləri, gələn qonaqları və bağçanın kollektivini bayram münasibətilə təbrik edib, onlara uzun ömür, möhkəm can sağlığı, süfrələrinə bol ruzi-bərəkət, hər bir ailəyə sevinc və səadət dolu illər arzulayıb.

Sonra bağçanın musiqi müəlliməsi Zinyət Əsədullayevanın rəhbərliyi altında balaca fidanlar Vətənə, torpağa, baharın gəlişinə aid şeirləri bədii qiraət edib, bahar təravətli və vətənpərvərlik ruhlu mahnılar ifa ediblər.

Bayram şənliyinə təşrif buyurmuş Kosa və Keçəl bir-birindən maraqlı, məzəli və ibrətamiz oyunları ilə uşaqlara və bütün tədbir iştirakçılarına xoş ovqat və bayram əhval-ruhiyyəsi bəxş edib.

Bağçanın tərbiyəçiləri Cəmilə Babayeva, Əsmər Fərzəliyeva və Zenfira Babayeva çıxış edərək, hər kəsi bayram münasibətilə təbrik edib, onlara və ümumilikdə şəhərin bütün təhsil müəssisələrinə və bağçalara göstərilən diqqət və qayğıya görə şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova dərin minnətdarlıqlarını ifadə ediblər.

"Yenisumqayit.az"

Sumqayıt şəhər 46 saylı uşaq bağçasında Novruz şənliyi - FOTOLAR

Sumqayıt şəhər 46 saylı uşaq bağçasında Novruz şənliyi - FOTOLAR

Sumqayıt şəhər 46 saylı uşaq bağçasında Novruz şənliyi - FOTOLAR

Sumqayıt şəhər 46 saylı uşaq bağçasında Novruz şənliyi - FOTOLAR

Sumqayıt şəhər 46 saylı uşaq bağçasında Novruz şənliyi - FOTOLAR

Sumqayıt şəhər 46 saylı uşaq bağçasında Novruz şənliyi - FOTOLAR

Sumqayıt şəhər 46 saylı uşaq bağçasında Novruz şənliyi - FOTOLAR

Sumqayıt şəhər 46 saylı uşaq bağçasında Novruz şənliyi - FOTOLAR

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR