Sumqayıtda hava

Cəmiyyət

Paralimpiyaçılar Sumqayıtda toplandılar

Paralimpiyaçılar Sumqayıtda toplandılar


Yanvarın 9-da Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilib.

Sumqayıt Paralimpiya idman kompleksində keçirilən iclası ARPMK-nin prezidenti İlqar Rəhimov açıq elan edərək 2014-cü ildə Komitənin gördüyü işlər barədə danışaraq, əldə edilən uğurlar, yeni tətbiq olunan idman növləri, beynəlxalq və respublika daxilində keçirilən yarışlar, eyni zamanda regionlarda yaranan idman klublarının işlərini yüksək qiymətləndirdi. I Bakı 2015 Avropa Oyunlarında Milli Paralimpiya Komitəsini təmsil edəcək idmançılara və şəxsi heyyətə uğurlar arzuladı.

Bakı 2015 Avropa Oyunlarında Milli Paralimpiya Komitəsini təmsil edəcək iki idmançımızın qızıl paralimpiyaçı olaraq tarixə düşəcəyindən və dövlət başçısının idmançılarımıza olan etimadını doğruldacaqlarına əminik " deyən İlqar Rəhimov, prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı, I Bakı Avropa Oyunlarının Təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevaya paralimpiyaçılara olan diqqət və qayğısına görə təşəkkür etdi.

ARMPK-nin vitse prezidenti Şaiq Həmidov 2014-cü ilin yekunları və qarşıda duran vəzifələr haqqında geniş məruzə etdi. Sonra məruzə ətrafında müzakirələr aparıldı.

İcraiyyə Komitəsi 2015-ci il üçün nəzərdə tutulan təqvim planını müzakirə edərək təsdiq etdi.

İclasın sonunda İlqar Rəhimov 2014-cü ildə uğur qazanmış idmançılara və onların məşqçilərinə Komitə adından pul mükafatları təqdim etdi.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR