Sumqayıtda hava

Hadisə

Sumqayıtda qətl törədən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Sumqayıtda qətl törədən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Sumqayıt şəhər Polis İdarəsi və şəhər Prokurorluğunun həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində qeyri-aşkar şəraitdə törədilən qətlin üstü açılıb.

APA-nın məlumatına görə, martın 22-də saat 01 radələrində Məmmədov Namiq Əlibaba oğlunun Sumqayıt şəhəri, 13-cü mikrorayondakı 6 saylı binanın qarşısında üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib. Həmin fakta görə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Sumqayıt şəhər sakini Atamalıyev Babək Teymur oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub və həmin maddə ilə ittiham elan edilməklə barəsində şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR