Sumqayıtda hava

Manşet, Cəmiyyət

Cümə Məscidində tədbir - "Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə”

Cümə Məscidində tədbir - "Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə”

Martın 28-də Sumqayıt şəhər "Cümə” məscidində "Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, tədbiri giriş sözü ilə açan məscidin dini icmasının sədri Rauf Sərdarov insanların maarifləndirilməsi istiqamətində həyata keçirilən bu kimi layihələrin əhəmiyyətindən danışıb. Çıxışında əsasən İslamda Vətən və dövlət sevgisindən bəhs edən icma sədri qeyd edib ki, hər bir müsəlmanın borcudur ki, Vətəninə, dövlətinə sadiq vətəndaş olsun.
Komitənin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov "Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” mövzusunda geniş məruzə ilə çıxış edib, layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Daha sonra AMEA-nın dissertantı Samir Ağayev mövzu ilə bağlı çıxış edib. O bildirib ki, milli-mənəvi dəyərlərimiz qorunub saxlanılmalı, düzgün təbliğ edilməli və dini radikalizmə qarşı birlikdə mübarizə aparılmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
"Yenisumqayit.az"

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR