Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıtlı kadr Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə gətirildi

Prezident İlham Əliyevin sərəncamı ilə İlqar Muradov Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının üzvü təyin edilib.

"Ölkə.Az"-ın məlumatına görə, İlqar Muradov 1971-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. İ.Muradov müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Milli Depozit Mərkəzinin İdarə heyəti sədrinin müavini, təyinatdan əvvəl isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

Digər sərəncamla İbrahim Əsəd oğlu Alışov Palatanın baş icraçı direktoru vəzifələrinə təyin edilib. İ.Alışov isə 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində başlayan İ.Alışov sonradan bank sektorunda müxtəlif vəzifələrdə işləyib. 2016-cı ildən "Caspian Development Bank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR