Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda mədəniyyət işçilərinin müşavirəsi keçirilib

Sumqayıtda mədəniyyət işçilərinin müşavirəsi keçirilib

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədovun iştirakı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində mədəniyyət işçilərinin müşavirəsi keçirilib.

Müşavirədə mədəniyyət sahəsini əhatə edən problemlər və görüləcək işlər haqqında məlumat verilib. İcra Hakimiyyəti başçısının müavini çıxış edərək son aylarda şəhərimizdə gedən abadlıq-quruculuq işlərindən, mədəniyyət sahisəndə görülən işlər və perespektiv planlardan danışıb. Ölkə rəhbərliyinin mədəniyyət sahəsinə göstərdiyi diqqəti və qayğısı nəticəsində mövcud sahənin inkişafı üçün lazımi şəraitin yaradıldığını vurğulayıb. O qeyd edib ki, Uşaq İncəsənət Məktəbi və Heydər Əliyev Mərkəzi üçün yeni inşa olunan binalarda artıq tamamlama işləri gedir:

”Daha bir neçə mədəniyyət obyektinin tikintisi və əsaslı təmiri də nəzərdə tutulub. Mədəniyyət sahəsinə göstərilən diqqət və qayğı mədəniyyət işçilərini əsla arxayınlaşdırmamalıdır. Hər bir mədəniyyət işçisi öz işində daha da məsuliyyətli olmalıdır. Sumqayıt günü gündən abadlaşır, şəhərimiz intibah dövrünü yaşayır. Biz də işimizlə bu diqqət və qayğıya cavab verməliyik.”

Daha sonra çıxış edən Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov qeyd edilən nöqsanların tez bir zamanda aradan qaldırılması üşün müəssisə rəhbərlərinə ciddi tapşırıqlar verib. O həmçinin şəhərimizdə təşkil edilən Novruz şənliklərində aktiv fəaliyyətlərinə görə özfəaliyyət kollektivlərinə və müəssisə rəhbərlərinə təşəkkür edib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR