Sumqayıtda hava

Cəmiyyət

Məscidlərə nəzarət gücləndirilir - XÜTBƏLƏR DİNLƏNİLƏCƏK

Məscidlərə nəzarət gücləndirilir - XÜTBƏLƏR DİNLƏNİLƏCƏK

"Məscidlərdə baş verənləri izləməyə və dinləməyə ixtiyarım çatır”

Yaxın zamanda məscidlərdə kameralar quraşdırılacaq. ANS PRESS-in məlumatına görə, bu barədə açıqlamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib:

"Mən bilmək istəyirəm ki, din xadimləri məscidlərdə moizələri necə oxuyurlar. Əhali ilə nə barədə söhbət edirlər. Vasim Məmmədəliyevlə məsləhətləşmələr aparılır. Xüsusi qurum yaradılacaq ki, onlar moizələri dinləyəcəklər. Bu işə şəxsən mən özüm rəhbərlik edəcəm. Bilirəm ki, buna da bəzi qüvvələr siyasi don geyindirəcəklər. Amma kim nə deyir-desin, bir dini rəhbər kimi məscidlərdə baş verən hadisələri izləməyə və dinləməyə ixtiyarım çatır”.

A.Paşazadə yay saatına keçidin ləğvinin namaz vaxtlarına təsirindən də danışıb. O deyib ki, belə bir qərarın verilməsi əhali arasında çaşqınlığa səbəb olub. Ancaq dini qurumların bölgələr üzrə bölmələrinə tapşırıq verilib ki, aprelin 15-dək əhalini maarifləndirsinlər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR