Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Günü qeyd olundu

Sumqayıt Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Günü qeyd olundu

Sumqayıt Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Günü qeyd olundu

Sumqayıt Dövlət Universitetində 31 Mart - Azərbaycanlıların soyqırımı günü qeyd olunub.

SDU-nun Mətbuat xidmətinin məlumatına görə, öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev açaraq bildirib ki, son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gücləndirilən belə qeyri insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilib. Azərbaycanın ayrı-ayn bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilib və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılıb. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetiriblər.

Çıxış edən Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov təbii kapitalı insan kapitalına çevirmək barədə cənab Prezident İlham Əliyevin çox dəyərli konsepsiyasını şərh edib. O qeyd edib ki, bu gün cənab Prezidentin rəhbərliyi altında respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.

Sonra tələbələr - Elşad Məmmədli, İbrahim Zeynallı çıxış edərək bildiriblər ki, ermənilər tərəfindən həyata keçirilən 31 Mart soyqırımı bəşər tarixində baş verən ən qanlı faciələrdən biri kimi tarixə düşüb. Bu gün ermənilərin törətdikləri bu vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması üçün bütün vasitələrdən istifadə olunduğu və bu işdə gənclərin üzərinə böyük iş düşdüyü diqqətə çatdırılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR