Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı konfrans keçirilib

Sumqayıtda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı konfrans keçirilib

Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar elmi-nəzəri konfrans keçirilib.
Konfransda şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Soyqırım qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra soyqırımı ilə bağlı video-xronika nümayiş etdirilib. Sonra "Ermənilərin tarixi Azərbaycan torpaqlarına ərazi iddiaları və azərbaycanlılara qarşı soyqırım siyasətinin tarixi aspektləri”, "Ulu öndərimiz Heydər Əliyevin "Azərbaycanlıların Soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanının tarixi mahiyyəti haqqında”, "31 Mart 1918-ci il soyqırımı: Bakıda törədilən qırğınlar”, "1918-ci ildə ermənilər tərəfindən Azərbaycanın bölgələrində törədilən qırğınlar”, "31 mart 1918-ci il soyqırımının davamı - 1948-1953-cü illərdə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası”, "Dağlıq Qarabağ Böyük Ermənistan xülyası konteksində” mövzularında məruzələr dinlənilib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub.
Məruzələrdə qırğınların davam etdiyi dövrdə ölkə ərazisində yüz minlərlə azərbaycanlının milli mənsubiyyətinə görə erməni dəstələri tərəfindən qəddarlıqla qətlə yetirildiyi də nəzərə çatdırılıb.
Tədbir iştirakçıları Mərkəzin foyesində təşkil olunmuş Azərbaycanlıların Soyqırımını özündə əks etdirən rəsm əsərlərindən ibarət sərgiylə tanış olublar.
"Yenisumqayit.az"

 

Sumqayıtda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı konfrans keçirilib

Sumqayıtda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı konfrans keçirilib

Sumqayıtda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı konfrans keçirilib

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR