Sumqayıtda hava

Cəmiyyət

Karvan Ticarət Mərkəzində yenidən etiraz aksiyası başlayıb - VİDEO

Karvan Ticarət Mərkəzində yenidən etiraz aksiyası başlayıb - VİDEO

Videonu Azadlıq Radiosuna göndərən izləyici yazır ki, martın 31-də Sumqayıtdakı "Karvan" Ticarət Mərkəzinin işçiləri etiraz aksiyası keçiriblər. Onlar dükanlarını açmayaraq, Ticarət Mərkəzinin qarşısına toplaşıblar. Sahibkarlar yer haqlarının yenidən artırılmasına etiraz edirlər. Onlardan biri Azadlıq Radiosuna deyib ki, 2 ay öncə Ticarət Mərkəzinin rəhbərliyi yer haqlarında 50 faiz endirim etmişdi. Amma martın 30-da onlara endirimlərin ləğv olunduğunu bildirilib.Əraziyə gələn Sumqayıt İcra Hakimiyyətinin nümayəndəsi sahibkarlara vəd verib ki, yer haqları artmayacaq. Bundan sonra sakibkarlar dükanlarını açıb və işlərinin başına dönüblər.

Dekabrın 21-də Azərbaycanda manat ikinci dəfə devalvasiyaya uğrayıb. Bundan sonra Karvan Ticarət Mərkəzində çalışanlar etiraz aksiyası keçirmişdilər, bir neçə dəfə Prezident Aparatında olmuşdular. Etirazlardan sonra Ticarət Mərkəzinin rəhbərliyi yer haqlarını 300 manatdan 150 manata endirməyə razılaşmışdı. İndi Ticarət Mərkəzinin rəhbəri bildirib ki, onun da öz xərcləri var, 50 faizlik endirim ona sərf etmir. Üstəlik iki il öncə baş vermiş yanğının zərərindən hələ çıxa bilməyib. Sahibkarlarsa, yer haqları qaldırılarsa etirazlarını davam etdirəcəklərini söyləyiblər.

Qeyd edək ki, Sumqayıtda yerləşən Karvan Ticarət Mərkəzində təxminən 1000 dükan var. 12 kvadrat metrlik dükanların icarə haqqı son iki ayda 150 manat olub. Burada 2000 nəfər çalışır."Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR