Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlı güləşçi Avropa ikincisi oldu

Sumqayıtlı güləşçi Avropa ikincisi oldu

28-30 mart 2016-ci il tarixlərində Bolqarıstanın Ruse şəhərində 23 yaşa qədər gənclər arasında yunan-roma güləşi üzrə Avropa çempionatı keçirilib.

Sevindirici haldır ki, Milli yığma komandanın tərkibində çıxış edən Sumqayıt güləş məktəbinin yetirməsi, Dünya və Avropa birinciliyinin qalibi Murad Məmmədov 59 kq çəki dərəcəsində inamla güləşərək finala yüksəlib. Final yolunda güləşçimiz ardıcıl olaraq Slovakiyadan Zoltan Levai, İsraildən Andrey Tsaryuk, yarımfinalda isə Türkiyə təmsilçisi Şerif Yakup Kılıçdan üstün olub. Son görüşdə isə Rusiya idmançısı Sergey Emelinə uduzaraq gümüş medala sahib olub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR