Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın mədəniyyət ocaqlarında Soyqırım qurbanlarının xatirəsi anılıb

Sumqayıtın mədəniyyət ocaqlarında Soyqırım qurbanlarının xatirəsi anılıb

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib.

Bu barədə "Yenisumqayit.az"a şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən bildirilib.

S.Vurğun adına Mərkəzi kitabxana 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Qanunun Aliliyi Hüquq Resurs Mərkəzində dəyirmi masa keçirilib.Tədbirdə kitabxananın oxucuları, 5 saylı orta məktəbin şagirdləri iştirak edib.Tədbiri Sumqayıt Dövlət Universitetinin I kurs tələbəsi Əhmədzadə Tunar açaraq soyqırım haqqında iştirakçıları məlumatlandırıb.Sonra tədbir iştirakçıları mövzu ilə əlaqədar öz fikirlərini paylaşıb, "Tarixi həqiqətlər unudulmur” adlı sərgi ilə yaxından tanış olublar. Sonda MKS-in direktoru Yeganə Əhmədova bütün iştirakçılara təşəkkürünü bildirib.

M.Ə.Rəsulzadə adına 2 saylı kitabxana filialda keçirilən oxucu konfransında SDU-nun tələbələri və 14 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər. Tədbiri kitabxananın müdiri Ofeliya Qafarova açaraq 31 Mart soyqırımı haqqında mühazirə oxuyub. Daha sonra Universitetin tələbələri - Namiq Paşayev, İlahə Məmmədova, Nərgiz Şivəxanova və digər iştirakçılar mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

Gənclər kitabxanasında təşkil ediən dəyirmi masada Tarixi Araşdırmalar Qurumunun rəhbəri Ramin Əlizadə, qurumun təsisçi müavini Anar Hüseynov, təsisçi Bəşir Şirinov, Şahin Əliyev, SDU-nun filologiya fakultəsinin müəllimi Əli Rzazadə, SDU-nun tarix fakultəsinin tələbələri və 12 saylı tam orta məktəbin şagirdləri iştirak edib. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Sona Eminova açaraq tədbirin mövzusu haqqında məlumat verib. Çıxış edən natiqlər mövzu ətrafında öz fikirlərini bolüşüblər. Tədbirdə "Mart soyqırımının baş vermə səbəbi nə idi və biz harada səhv etdik?”, "1905-ci ildən bəri qığılcımlanan erməni-müsəlman davasında kimlərin əli vardı və məqsəd nə idi?”, "Niyə öz tariximizi öyrənməkdə bu qədər laqeyidik?” sualları ərtafında müzakirələr aparılıb.

F.Əmirov adına uşaq musiqi məktəbində keçirilən tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin müəlliməsi Səriyyə Dünyamalıyeva, şagirdlər Lalə və Jalə Nəzərovalar soyqırım haqqında tədbir iştirakçılarınna ətraflı məlumat verib.

Xatırladaq ki, Sumqayıtın Tarixi Muzeyində mövzu ilə əlaqədar sərgi təşkil edilib, mühazirələr oxunub.

"Yenisumqayit.az"

Sumqayıtın mədəniyyət ocaqlarında Soyqırım qurbanlarının xatirəsi anılıb

Sumqayıtın mədəniyyət ocaqlarında Soyqırım qurbanlarının xatirəsi anılıb

Sumqayıtın mədəniyyət ocaqlarında Soyqırım qurbanlarının xatirəsi anılıb

Sumqayıtın mədəniyyət ocaqlarında Soyqırım qurbanlarının xatirəsi anılıb





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR