Sumqayıtda hava

Cəmiyyət

“Sumqayıt Gənclər Evi”ndə “Soyqırım: tarixi keçmişimiz” adlı dəyirmi masa keçirilib

“Sumqayıt Gənclər Evi”ndə “Soyqırım: tarixi keçmişimiz” adlı dəyirmi masa keçirilib

“Sumqayıt Gənclər Evi”ndə “Soyqırım: tarixi keçmişimiz” adlı dəyirmi masa keçirilib

Martın 31-də "Sumqayıt Gənclər Evi”ndə 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş dəyirmi masa keçirilib.

Bu barədə "Yenisumqayit.az"a Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən bildirilib.

Şəhərin müxtəlif sahələrini təmsil edən ictimai-fəal gənclərin iştirak etdiyi dəyirmi masada öncə iştirakçılara 1918-ci ildə törədilmiş Azərbaycanlıların soyqırımı hadisələrini özündə əks etdirən video çarx nümyaiş olunub. Baş İdarənin Gənclərlə iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov tədbirdə çıxış edərək 1918-ci ildə Bakıda və digər bölgələrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən həyata keçirilən etnik təmizləmə, soyqırım və təcavüzkarlıq siyasəti barədə məlumat verib və 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı imzalayaraq 31 Mart tarixini Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edildiyini bildirib.

Diskussiya şəraitində keçən dəyirmi masada 28 nömrəli tam orta məktəbin tarix müəllimi Aygün Rəhimova, Sumqayıt Gənclər Evinin könüllüləri Niyaməddin Əhmədov və Aynurə Mustafayeva, "Qwerty” tədris mərkəzinin əməkdaşı Sevinc Salmanova çıxışlarında müxtəlif illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar, ermənilərin öz çirkin niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırım siyasətindən və onun acı nəticələrindən danışıblar. Çıxışlarda Sumqayıtda 1988-ci ildə törədilən hadisələrin də ermənilərin "Böyük Ermənistan” adlı məkrli planının əsas tərkib hissəsi olduğu bildirilib.
Qeyd olunub ki, dövlətimizin başçısı cənab İlham Əliyevin 31 Mart - Azərbaycanlılarının Soyqrımı ilə bağlı diqqət mərkəzində saxladığı araşdırmalar nəticəsində uzun illər xalqımızdan gizlədilmiş mühüm faktlar, sənədlər aşkar edilib, bu sənədlərdə əks olunmuş faktlarla azərbaycanlılara qarşı törədilmiş soyqırımının bilavasitə səbəbkarları olan erməni quldurlarının cinayətləri tam sübuta yetirilib və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli işlər görülüb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR