Sumqayıtda hava

Manşet, Cəmiyyət

"Azərikimya" İB-də şənbə iməcilikləri böyük coşqu ilə davam etdirilir - FOTOLAR

"Azərikimya" İB-də şənbə iməcilikləri böyük coşqu ilə davam etdirilir - FOTOLAR

Aprelin 2-də "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində növbəti şənbə iməciliyi keçirilib.

İməcilikdə Etilen-polietilen zavodundan, Təmir-tikinti idarəsindən və Birliyin İdarəetmə aparatından ümumilikdə 300 nəfər əməkdaş iştirak edib.

Böyük ruh yüksəkliyi şəraitində keçən iməcilik zamanı Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin daxili ərazilərində təmizlik-abadlıq işləri aparılıb, əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, dibləri bellənilib, suvarma işləri həyata keçirilib.

"Modern Holdinq” ASC-nin 30 nəfər əməkdaşının da iştirak etdiyi iməcilikdə həmçinin Polietilen istehsalatının girs hissəsində 600 ədəd müxtəlif növ ağac əkilib, Səməd Vurğun küçəsi boyu uzanan yaşılıq zolaqlarındakı ağacların dibləri bellənilib, əhənglənmə və ərazinin alaq otlarından təmizlənməsi işləri aparılıb.

Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllığın artırılmasına xidmət edən iməciliklərin yaz mövsümü boyu davam etdirilməsi nəzərdə tutulur.

"Yenisumqayit.az"

 

"Azərikimya" İB-də şənbə iməcilikləri böyük coşqu ilə davam etdirilir - FOTOLAR

"Azərikimya" İB-də şənbə iməcilikləri böyük coşqu ilə davam etdirilir - FOTOLAR

"Azərikimya" İB-də şənbə iməcilikləri böyük coşqu ilə davam etdirilir - FOTOLAR

"Azərikimya" İB-də şənbə iməcilikləri böyük coşqu ilə davam etdirilir - FOTOLAR

"Azərikimya" İB-də şənbə iməcilikləri böyük coşqu ilə davam etdirilir - FOTOLAR

"Azərikimya" İB-də şənbə iməcilikləri böyük coşqu ilə davam etdirilir - FOTOLAR

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR