Sumqayıtda hava

Manşet / Cəmiyyət

Düşmənə sarsıdıcı zərbə - BİR BATAREYA DARMADAĞIN EDİLDİ

Düşmənə sarsıdıcı zərbə - BİR BATAREYA DARMADAĞIN EDİLDİ

Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd - Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər.Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır.Bu gün həmçinin ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi də darmadağın edilib.Belə ki, ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaqdır."Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR