Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Universitetində ORDUMUZA DƏSTƏK MİTİNQİ - FOTOLAR

Sumqayıt Dövlət Universitetində ORDUMUZA DƏSTƏK MİTİNQİ - FOTOLAR

Sumqayıt Dövlət Universitetində ORDUMUZA DƏSTƏK MİTİNQİ - FOTOLAR

 

Bu gün Sumqayıt Dövlət Universitetində 3 mindən artıq professor-müəllim, tələbə heyətin iştirakı ilə ordumuza dəstək məqsədi ilə mitinq keçirilib.

Universitetin Mətbuat Xidmətinin məlumatına görə, öncə aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində cəbhə xəttində düşmənlə döyüşlərdə şəhid olan hərbiçilərimizin və mülki şəxslərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Rektor, professor Elxan Hüseynov aksiya iştirakçılarını ilkin qələbə münasibəti ilə təbrik edərək bildirib ki, Ali Baş Komandan tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsində ordumuzun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur. Biz Ali Baş Komandanımızın ətrafında sıx birləşərək şəhidlərimizin qisasını tezliklə alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik. Cənab Prezidentimiz İlham Əliyev Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında bildirib ki, "Biz səbir, dözümlülük, konstruktivlik göstəririk. Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik. Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Azərbaycan bir çox ölkələr üçün nümunədir, multikulturalizm məkanıdır, tolerantlıq diyarıdır.

"Rektor əminliklə vurğulayıb ki, biz Sumqayıt Dövlət Universiteti olaraq, kollektiv şəkildə torpağımızın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq silaha sarılıb, işğal altında olan torpağımızı azad edib, üçrəngli bayrağımızı doğma Xankəndində, Şuşada dalğalandıracağıq.

Tarix və coğrafiya fakültəsinin dekanı Adil Baxşəliyev, Filologiya fakültəsinin dekanı Sevinc Həmzəyeva, kafedra müdiri Həsən Sadıqov, şair-publisist Əvəz Mahmud Lələdağ, tələbələr - Nicat İsmayılov, Mirşamxal Həsənli, Araz Həsənov, Səma Əsədova, Leyla Qurbanova, Könül İbrahimova çıxışlar edərək ordumuzun düşmən üzərində layiqli qələbə çalacağına əminliklərini bildirib, şəhidlərimizin xatirəsinin qəlblərdə əbədi yaşayacağını ifadə ediblər.

Sonda tədbir iştirakçıları birlikdə Dövlət himnimizi səsləndirib, "Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirilib.

"Yenisumqayit.az"

Sumqayıt Dövlət Universitetində ORDUMUZA DƏSTƏK MİTİNQİ - FOTOLAR

Sumqayıt Dövlət Universitetində ORDUMUZA DƏSTƏK MİTİNQİ - FOTOLAR

Sumqayıt Dövlət Universitetində ORDUMUZA DƏSTƏK MİTİNQİ - FOTOLAR

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR