Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıtda mənzillər neçəyədir? - ARAŞDIRMA

Sumqayıtda mənzillər neçəyədir? - ARAŞDIRMA

Bakı şəhərindən fərqli olaraq Sumqayıtda mənzil bazasının 95%-ni keçmiş SSRİ dönəmində tikilmiş binalardakı mənzillər təşkil edir. Şəhər əhalisi arasında bu sinifdən olan mənzillərin populyarlığı yeni tikililərdə olan mənzillərə nisbətən daha yüksəkdir. Bunu şərtləndirən səbəblər isə əhalinin böyük əksəriyyətinin uzun zamandır bu mənzillərdə yaşaması, mənzillərin formalaşmış kommunal xidmətlərə (xüsusən də təbii qazla təmin olunma) malik olması və demək olar ki, tam olaraq çıxarışlı (sənədli) olmasıdır.Yeni tikililmiş binalardakı mənzillər sahələrinin daha çox olmasına baxmayaraq sənədləşmə, yerli bazarın xüsusiyyətləri nəzərə alınmadan layihələndirilməsi (1 otaqlı 70 m2, 2 otaqlı 80-90 m2), qaz təchizatı ilə bağlı problemlərin olması və s səbəblər üzündən onlara olan tələbin nisbətən aşağı olmasını şərtləndirir. Hazırda yeni tikililərdə 1m2 üçün qiymətlər yerləşdiyi ərazilərə və binaların xüsusiyyətlərinə görə 600-750 AZN (təmirsiz) arasında təklif edilir. Lakin tikinti firmalarından fəqli olaraq yeni tikililərdəki mənzil sahiblərinin əmlaklarını bəzi hallarda daha ucuz qiymətə təklif etmələrinə də rast gəlmək mümkündür.

Təkrar mənzil bazarında isə fərqli olaraq qiymətləndirmə kvadrat metrlə deyil, otaq sayı ilə nəzərə alınır.

1 otaqlı mənzillər

Köhnə tikilili binalarda birotaqlı mənzillər əksər olaraq Xruşov və Leninqrad layihəli binalarda rast gəlinir. 1 otaqlı mənzillərin qiymətləri yerləşdiyi mikrorayondan, mərtəbəsindən və təmir səviyyəsindən asılı olaraq xruşov layihəli binalarda 27000-32000 AZN, Leninqrad layihəli binalarda isə 30000-35000 AZN arasında dəyişir.

2 otaqlı mənzillər

Sumqayıt şəhərində tələbin yüksək olduğu mənzil tipidir. Həm kirayə mənzil bazarında, həm də satılıq mənzil bazarında 2 otaqlı mənzillərə tələb müqayisədə daha yüksəkdir. Bu tip mənzillərə əksər bina layihələrində rast gəlinir. ("Stalin”, "Xruşov”, "Alman”, "qruzinskiy”, ”Leninqrad, "Kiyev”, "Daşkənd” və s) 2 otaqlı mənzillərin qiymətləri yerləşdiyi mikrorayondan-məhəllədən, mərtəbəsindən və təmir səviyyəsindən asılı olaraq 37000-60000 AZN arasında dəyişir. Ən ucuz 2 otaqlı mənzillər "Xruşov”, ”Fransız” layihəli binalarda, ən bahalı 2 otaqlar isə "Stalin” layihəli binalarda satılır.

3 otaqlı mənzillər

2 otaqlı mənzillərə nisbətən qiymətlərinin nisbətən baha olması səbəbindən tələbin bir qədər aşağı olduğu bazar seqmentidir. Bu mənzillər Sumqayıt şəhərinin demək olar, əksər yaşayış massivlərində mövcuddur. 3 otaqlı mənzillərin qiymətləri daha əvvəlki seqmentlərdə olduğu kimi yerləşdiyi mikrorayondan-məhəllədən, mərtəbəsindən və təmir səviyyəsindən asılı olaraq 45000-70000 AZN arasında dəyişir.

4 və 5 otaqlı mənzillər

Əksərən Leninqrad və Kiyev layihəli binalarda rastlanılır. Bu mənzillər köhnə tikililər adlandırdığımız binalardakı mənzillərin ən yüksək qiymətli bazar qiymətlərinə malik olanlarıdır. Mənzillərin qiymətləri uyğun olaraq əsasən mərtəbə və təmir səviyyəsinə və qismən də yerləşdiyi əraziyə görə dəyişir. Hazırda Sumqayıtda belə çoxotaqlı mənzillərin qiyməti 55000-90000 AZN təşkil edir.

Qeyd: Araşdırma ümumi qanunauyğunluqla uzlaşmayan mənzil tiplərini və qiymətləri əhatə etmir.

Göründüyü kimi mənzillərin qiymətlərində azalmalar baş versə də, ümümilikdə mənzil qiymətləri manat ekvivalenti ilə hələ ki, yüksək qalmaqdadır. Lakin 2016-cı il dövlət büdcəsində kəskin azalmalar, neft gəlirlərinin dəfələrlə aşağı düşməsi və ölkəyə xaricdən gələn valyutanın minimum həddi öz təsirini mənzil bazarında da getdikcə hiss etdirməkdədir. Qiymətlərin hələ də yüksək olmasına baxmayaraq bazardakı tələbin olduqca aşağı səviyyəsi 2016-cı ildə mənzil qiymətlərinin enməkdə davam edəcəyini və bazarın yeni tarazlıq nöqtəsinə yönələcəyini söyləməyə əsas verir.

168saat.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR