Sumqayıtda hava

Cəmiyyət

Müstəntiq: “Sumqayıt hadisələri Qorbaçovun sifarişi ilə törədilib”

Müstəntiq: “Sumqayıt hadisələri Qorbaçovun sifarişi ilə törədilib”

Vladimir Kaliniçenko:"Ermənistandan qovulan azərbaycanlıların Sumqayıt və Bakıda yerləşdirilməsi, 1988-ci il fevralın 28-də Sumqayıtda mitinqin təşkili də KQB-nin öncədən yazdığı ssenari olub”Moskvada "Sumqayıt hadisələri barədə ilk mənbədən" kitabının təqdimat mərasimi keçirilib.APA-nın məlumatına görə, kitab jurnalist Səadət Qədirova tərəfindən 1980-1992-ci illərdə SSRİ Baş Prokurorluğu yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiq olan Vladimir Kaliniçenko ilə müsahibə formatında qələmə alınıb.V.Kaliniçenko 1988-ci ildə Sumqayıtda baş vermiş hadisələrin təhqiqatını aparıb.Mərasimdə çıxış edən V.Kaliniçenko Sumqayıt hadisələri barədə danışıb. O, bu hadisələrin kökünün 1980-ci illərə gedib çıxdığını xüsusi qeyd edib:"O zaman SSRİ Baş Prokurorluğundan bu hadisələri araşdırma üçün böyük işçi qrupu ezam edilmişdi. Məni bir müstəntiq kimi artıq o vaxt SSRİ hökumətinin məsələyə yanaşması təəccübləndirirdi. Deməli, bizə deyirdilər ki, zorlanma və talan işini prokurorluq araşdıracaq, təşkilatçıların tapılması ilə KQB məşğul olacaq. Yerdə qalan digər cinayətlərin açılması isə milisə həvalə edilmişdi. Belə yanlış təhqiqat işinə qarşı çıxandan 1 ay yarım sonra məni cinayət işini araşdırmaqdan kənarlaşdırdılar. Sonralar mənə məlum oldu ki, şahid ifadələri nəticəsində tapdığım təşkilatçıların heç biri cinayət məsuliyyətinə cəlb edilməyib. Müstəntiqlər briqadasına daxil olan həmkarlarımdan biri isə uzun illər sonrası mənə dedi ki, KQB təşkilatçıların tapılmasını onlara yasaq edibmiş. Belə qənaətə gəlirəm ki, Sumqayıt 100 faiz SSRİ-nin dağılmasına yönəlmiş provokasiya idi".V.Kaliniçenko bildirib ki, Ermənistandan qovulan azərbaycanlıların Sumqayıt və Bakıda yerləşdirilməsi, 1988-ci il fevralın 28-də Sumqayıt Şəhər Partiya Komitəsinin təşəbbüsü ilə mitinqin təşkili də KQB-nin öncədən yazdığı ssenari olub:"Şahid ifadələrindən mənə məlum idi ki, mitinq vaxtı öncədən hazırlanmış insanlarda artıq ermənilərin yaşadıqları ünvanlar var idi. Ermənilər Sumqayıt hadisələri zamanı ölənlərin sayını yalandan çoxaldıblar. Əslində hadisələr zamanı 33 nəfər həlak olmuşdu. Hadisələrdə dəqiq deyə bilərəm ki, 27 erməni və 6 azərbaycanlı həlak olub. 26 nəfərin meyiti aşkarlansa da, 1 nəfərin meyiti tapılmayıb. Heç bir azyaşlı nəinki öldürülməyib, heç xəsarət də almayıb. Odur ki, ermənilərin versiyaları yalandır. Biz ölü sayını gizlətməmişik. Sayı ermənilər şişirdirlər, amma bu, yalandır. Bir sözlə, Sumqayıt hadisələri Mixail Qorbaçovun sifarişi ilə KQB tərəfindən təşkil edilmiş təxribat olub. Qorbaçov Sumqayıt hadisələrinin baş verəcəyindən xəbərdar idi. Hadisələr SSRİ KQB-sinin ssenarisi əsasında həyata keçirilib”.V.Kaliniçenko Zori Balayan və Silva Kaputikyanın rəhbərliyi altında "Qarabağ" komitəsinin yaradılmasına, ittifaq rəhbərliyinin separatçı tendensiyanı dəstəkləməsinə, minlərlə azərbaycanlının Ermənistandan qovulmasına da toxunub:"Ermənistanda yaşayan azərbaycanlılar şaxtalı havada qovuldular. Onların neçəsinin o qarlı-şaxtalı havada öldükləri məlum deyil. Erməni tərəfi dərk etməlidir ki, onların fəaliyyəti nələrə səbəb olub".Sabiq müstəntiq akademik Aqanbekyanın Dağlıq Qarabağın iqtisadi cəhətdən Azərbaycandan alınaraq Ermənistana verilməsi təklifindən də bəhs edib:"Qorbaçovun ətrafında olan ermənilər hamısı Amerikadakı erməni diasporunun dediklərini yerinə yetirirdilər. Aqanbekyanın Dağlıq Qarabağla bağlı təklif verməsinin zamanı məhz Qorbaçovun həyat yoldaşı Raisa Maksimovnanın ABŞ-da erməni diasporu ilə görüşündən sonraya təsadüf etmişdi. Erməni diasporu Qorbaçovun arvadını yaxşı qarşılamışdı, hətta ona bahalı hədiyyələr də vermişdilər. Bütün bunlar təsadüf sayıla bilməzdi. Qorbaçov Stavropolda doğulub, böyümüşdü. Qafqaz xalqlarının hamısını yaxşı tanıyırdı. O, axmaq adam deyildi, azərbaycanlılarla ermənilər arasında millətlərarası münaqişəni qızışdırmağın SSRİ-nin süqutuna səbəb olacağını yaxşı bildirdi".V.Kaliniçenko qeyd edib ki, Sumqayıt hadisələrini bu gün ayıq başla və obyektiv qiymətləndirmək lazımdır:"Çünki bu cür hadisələr daha sonra Yuqoslaviyada təkrarlanıb. İndi də Rusiyanın özündə təkrarlana bilər".Ermənistan - Azərbaycan münaqişəsi mövzusunda kitabları ilə tanınan məşhur yazıçı Yuri Pompeyev tədbirdə çıxış edərək kitabı həqiqətin geniş vüsət almasında vacib iş adlandıraraq jurnalistin işini yüksək qiymətləndirib."Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR