Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın “Cümə” məscidində növbəti maarifləndirici tədbir keçirilib

Sumqayıtın “Cümə” məscidində növbəti maarifləndirici tədbir keçirilib

Aprelin 4-də Sumqayıt şəhər "Cümə” məscidində "Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, tədbiri giriş sözü ilə açan icma sədri Rauf Sərdarov ilk öncə aprelin 2-də cəbhə bölgəsində düşmənlə mübarizədə həyatını itirən şəhidlərimizə rəhmət diləyib, yaralılara isə tezliklə şəfa tapmalarını arzu edib. İcma sədri qeyd edib ki, vətənpərvərlik və dövlətə sədaqət kimi milli-mənəvi dəyərlərə sahib olan xalqımızın böyük qəhrəmanlıq salnaməsi var. Bu dəyərlərimizi öyrənməklə və öyrətməklə, təbliğ etməklə daha güclü özünüdərkə sahib ola bilərik. Məhz bu məqsədlə ölkə başçısının Sərəncamı əsasında belə layihələrin həyata keçirilməsi olduqca təqdirəlayiqdir.

Komitənin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov çıxış edərək dini inanclı insanların xalqımızı tarixi uğurlara aparan yolda mötəbər rolundan, dövlətimizin ruhani təbəqəsinə, dini icmalara göstərdiyi etimaddan geniş bəhs edib.

Sonra Bakı İslam Universitetinin müəllimi Habil Əkbərov "İslam dinində vətənpərvərlik, dövlətçilik və şəhidlik” mövzusunda məruzə ilə çıxış edib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR