Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt sakinlərindən Prezidentə məktub: "ƏMRİNİZİ GÖZLƏYİRİK"

Sumqayıt sakinlərindən Prezidentə məktub: "ƏMRİNİZİ GÖZLƏYİRİK"


Prezident İlham Əliyevin saytına son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan, eləcə də xarici ölkə vətəndaşları tərəfindən müxtəlif səpkili məktublar ünvanlanır.

Sumqayıt şəhər sakinləri də ordumuzun əldə etdiyi zəfərlərdən ilham alaraq Prezidentə məktublar ünvanlayırlar.

"Milli.az"a istinadla bu məktublardan bir neçəsini təqdim edirik:

Hörmətli cənab Prezident!

Sizi səmimi qəlbdən salamlayıram. Mən müxalifətyönlü gənc olaraq Sizinlə qürur duyuram. Aprelin 1-2-də cəbhədə baş verən savaşla bağlı bildirirəm ki, mən Sizin siyasətinizi dəstəkləyirəm. Bir gənc olaraq Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə iştirak etməyə hazıram. Ürəyim qürur hissi ilə döyünür, fikirlərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bu gündən etibarən Sizi dəstəkləyirəm, Sizinlə fəxr edirəm. Allah Sizi bizim millətə çox görməsin!

Hörmətlə,

Kazımov Nəvai Kərimbala oğlu.


Çox hörmətli cənab Prezident İlham Əliyev!

Biz Ali Baş Komandan kimi Sizin ətrafınızda sıx birləşib torpaqlarımızı azad etməyə var qüvvəmizlə hazırıq. İnşallah, həmin gün çox yaxındadır. Düşmənə macal verməməliyik. İşğal altındakı torpaqlarımızı azad etməliyik. Biz Sizin ətrafınızda yumruq kimi sıx birləşmişik. Biz Sizin əmrinizi gözləyirik, cənab Ali Baş Komandan! Şəxsən mən özüm torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulmağa hər an hazıram. Yetər ki, Siz əmr edəsiniz. Allah Sizi qorusun.

Hörmətlə,

Mürsəlov Rəşad Nizami oğlu.


Cənab Ali Baş Komandan!

Rəhbərliyinizlə Ordumuzun Qarabağ müharibəsində möhtəşəm qələbəsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Siz doğrudan da Ulu Öndərimizin siyasətinin layiqli davamçısı olduğunuzu bir daha sübut etdiniz. Siz Azərbaycanı da, Ordumuzu da inamla gücləndirdiniz. Bu qələbənin arxasında məhz həmin güc dayanır. Ümidvaram ki, növbəti qələbəmizi Şuşada qeyd edəcəyik! Əziz Prezidentim, Allah Sizi qorusun. Mən sizinlə fəxr edirəm.

Hörmətlə,

Əmrahlı Nəbi Rəsul oğlu.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR