Sumqayıtda hava

Manşet, Elan

Könüllülər üçün şad xəbər

Könüllülər üçün şad xəbər


“İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında – Könüllülük Akademiyası layihəsinə start verir. "SAY: Support of Azerbaijan Youth” – Könüllülük Akademiyası keçirilən beynəlxalq və yerli səviyyəli tədbirlərdə gənclərin aktiv iştirakına stimul vermək və Azərbaycanda könüllü fəaliyyətinin təbliğ olunması ilə könüllülərin peşəkarlığının artırılması, onların təlimləndirilməsi və ixtisaslaşdırılması layihəsidir. Ümumilikdə layihədə 100 gəncin iştirakı planlaşdırılır. Layihənin ilkin mərhələsində gənclərin seçimi aparılacaq. Seçim zamanı könüllülük təcrübəsi olan, könüllülərlə işləmək bacarığına sahib olan aktiv gənclərə üstünlük veriləcəkdir. Düşərgə formatında keçirləcək olan layihə iki mərhələdən ibarət olacaq. İlkin mərhələdə gənclərə könüllülüyün nə olduğu, könüllü necə olmalıdır, nə etməlidir, necə danışmalı və davranış etikası necə olmalıdır suallarına cavab olaraq müxtəlif mövzularda təlimlər keçkiriləcək. İkinci mərhələ isə biliklərin tətbiqi mərhələsi olacaq. İştirakçılar bir neçə komandaya bölünəcək və onlara, birinci mərhələdə əldə etdikləri bilikləri tətbiq etmə şəraiti yaradılacaq.

“SAY: Support of Azerbaijani Youth” - Könüllülük Akademiyası 2014-cü ildə “Gənclər Paytaxtı” seçilmiş Quba şəhərində həyata keçiriləcəkdir.

Layihənin əsas məqsədi Azərbaycan gənclərinin, keçirilən beynəlxalq və yerli səviyyəli tədbirlərdə aktiv iştirakına stimul vermək və Azərbaycanda könüllü fəaliyyətin təbliğ olunması ilə könüllülərin peşəkarlığının artırılması, onların təlimləndirilməsi və ixtisaslaşdırılmasıdır.

Tarix: 15 dekabr – 20 dekabr 2014-cü il

Son müraciət tarixi: 05.12.2014

Ərizə forması: http://ireli.az/say-reg/

İştirakçıların seçim meyarları:
> Yaş məhdudiyyəti: 14-29 yaş;
> Könüllülük təcrübəsi olan gənclərə üstünlük veriləcək;
> Layihənin davamlılığında aktiv iştirak etməli və idaretmə bacarığına malik olmalıdırlar.

“İRƏLİ” İctimai Birliyi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətini dəstəkləyir, bu siyasətin inkişafında yaxından iştirak edən gənclər təşkilatı olaraq fəaliyyət göstərir. “İRƏLİ” İctimai Birliyi gənclərin fəaliyyətlərini stimullaşdıran, ölkə maraqlarını qoruyan və gənclər siyasətinin inkişafında yaxından iştirak edən gənclər təşkilatıdır. Təşkilat olaraq əsas prioritet məsələ bu istiqamətdə fəaliyyət göstərən bütün dövlət qurumları, qeyri-hökümət təşkilatları və gənclər təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirmək, mövcud əməkdaşlıqları artırmaq və bununla da Azərbaycanın Gənclər Siyasətinə birgə töhvə verməkdir.

Əlavə məlumat üçün:
“İRƏLİ” İctimai Birliyi
Ünvan: Səbail r-nu, Həsən Abdullayev küçəsi 3/1A
Telefon: (+99412) 492 26 77
Mobil: (+99455) 684 11 24
Əlaqələndirici şəxs:
Malik Bağırov
e-mail: malik.bagirov@ireli.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR