Sumqayıtda hava

Hadisə

Sarayda evə basqın: Külli miqdarda pul və qızıl aparıldı - VİDEO

Sarayda evə basqın: Külli miqdarda pul və qızıl aparıldı - VİDEO

Abşeronda evə basqın olub.

Hadisə səhər saatlarında rayonun Saray qəsəbəsində baş verib.

"Xəzər Xəbər"in məlumatına görə, iki naməlum şəxs oğurluq üçün Hüsaməddin Quliyevin evinə giriblər. Onlar mənzilin boş olduğunu zənn etsələr də qarşılarına çıxan 12 yaşlı Nərminə Ağamalıyevanı görüb özlərini itiriblər. Tez bir zamanda onlar azyaşlı uşağı tutub əl-qolunu məftillə, ağzını isə geyim əşyaşları ilə bağlayıblar.

Uşağın anası Təranə Quliyevanın sözlərinə görə, hadisə vaxtı o, qəsəbədəki idman zalında olub.Hadisəni Təranə Quliyeva idmadan evə qayıdarkən ilk olaraq özü görüb. Dərhal uşağın əl qolunu və ağzını açıb nə baş verdiyini öyrənib.

Abşeron polisi araşdırmalara başlayıb. Qadın istintaqa ilkin ifadəsində bildirib ki, evdən 10 min dollar və 2 min manatlıq qızıl aparılıb. Polis quldurluqda şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR