Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlı kinoaktyordan şəhidlərimizə yeni mahnı

Sumqayıtlı kinoaktyordan şəhidlərimizə yeni mahnı

Kinoaktyor Ruslan Sabirli növbəti bacarığını üzə çıxarıb.

SİA-nın verdiyi xəbərə görə, o, cəbhədə şəhid olmuş şəhidlərin əziz xatirəsinə mahnı bəstələyib:

"Hər birimiz son günlər cəbhə bölgəsində baş verən hadisələr zamanı Azərbaycan dövlətinin nə qədər güclü və qüdrətli orduya malik olmasinin şahidi olduq. Xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik bir daha sübut etdi ki, biz 20% işğal altında olan torpaqlarımızı geri qaytarmaq iqtidarındayıq. Baş verənlər məni də həm qürrələndirir, həm kədərləndirirdi və təbii ki, biganə qala bilməzdim. Çünki, mənim ailəm də Qarabağ müharibəsində 2 nəfər şəhid verib: kiçik dayım Kazım İsayev və böyük dayımın oğlu Elxan İsayevdir. Hiss etdiklərimi notlara köçürdüm. Bəstələdiyim musiqini qısa bir zamanda Gürcüstanda aranjiman etdirdim və dünən gecə hazır oldu. Musiqi"Zirvə” adlanır. Niyə məhs Zirvə? Çünki, bu musiqidə həm son günlərdə geri qaytardığımız torpaqlar - qalibiyyət zirvəsi, həm də bu müharibədə həlak olan şəhidlərimizin əldə etdiyi şəhidlik zirvəsi əks olunur.

Kompozisiyanı şəhidlərimizin əziz xatirəsinə ittihaf edirəm. Allah qoysa bu musiqiyə klip də çəkilər”.

"Yenisumqayit.az" mahnını təqdim edir:





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR