Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt məktəbindən MİLLİ ORDUMUZA DƏSTƏK FLƏŞMOBU - FOTOLAR

Sumqayıt məktəbindən MİLLİ ORDUMUZA DƏSTƏK FLƏŞMOBU - FOTOLAR

Sumqayıt məktəbindən MİLLİ ORDUMUZA DƏSTƏK FLƏŞMOBU - FOTOLAR

Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələr, Azərbaycan Silahlı Qüvvələrinin düşmənin təxribat cəhdlərinə layiqli cavab verərək işğal altında olan bəzi əraziləri düşmən tapdağından azad etməsi ilə əlaqədar olaraq ölkəmizin hər yerindən Ordumuza dəstək tədbirləri böyük coşqu ilə davam etdirilir. İdarə, müəssisə və təşkilatlarda, ali və orta məktəblərdə Ordumuza dəstək nümayiş etdirmək üçün müxtəlif səpkili aksiyalar həyata keçirilir.

Növbəti belə tədbir Sumqayıt şəhər 42 nömrəli orta ümumtəhsil məktəbində baş tutub. Məktəbdən "Yenisumqayit.az"a verilən məlumata görə, fləşmob formatında keçirilən tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib. Məktəbin şagirdləri Azərbaycan bayrağını ucaldaraq, "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarlarını səsləndirib, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canından keçən Vətən övladlarına Uca Allahdan rəhmət, hərbçilərimizə isə kömək diləyiblər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR