Sumqayıtda hava

Elan

"Azərikimya"dan VAKANSİYA - Tərcüməçi

"Azərikimya"dan VAKANSİYA - Tərcüməçi

Sumqayıt şəhərində yerləşən Azərikimya İstehsalat Birliyi "İngilis dili üzrə tərcüməçi" vakansiyasına işçi qəbulu elan edir.

- Vəzifə maaşının məbləği 704 - 869 AZN;

- Ünvan: Sumqayıt şəhəri, S.Vurğun küçəsi 86;

- İş vaxtının norması NORM40/5.

Müraciətçilərdən tələb olunur:

- Sahə üzrə təhsil (minimum təhsil səviyyəsi - bakalavr);

- Sahə üzrə 3 ildən yuxarı əmək fəaliyyəti;

- MS Word, MS Outlook və İnternet üzrə yaxşı səviyyədə komputer bilikləri;

- Əla səviyyədə İngilis dili biliyi.

Vəzifə(peşə) funksiyaları

- Şöbənin iş planı əsasında xarici şirkətlərin fəaliyyəti, elmi praktiki yenilikləri, texnoloji informasiyaları barədə məlumat toplamaq;

- Texniki sənədlərin, layihələrin, müqavilələrin, informasiyaların ingilis-azərbaycan və əksinə tərcümə olunmasını təmin etmək;

- Elmi, texniki, ictimai-siyasi, iqtisadi, normativ-texniki sənədləri, xarici ölkələrin idarə və müəssisələri ilə olan yazışma materiallarını tərcümə etmək;

- Şöbəyə daxil olan və göndərilən sənədlərin uçotunu aparmaq;

- Şöbə daxilində sənədlərin hərəkətinin qeydiyyatını və operativ uçotunu aparmaq;

- Seminar, iclas, təqdimat və yığıncaqlarda sinxron tərcüməni təmin etmək;

- Xarici materiallar üzrə tematik xülasələrin tərtib olunmasında iştirak etmək;

- Daxil olan tərcümə materiallarını redaktə etmək;

- Birliyin fəaliyyəti və həyata keçirilən layihələrlə bağlı prezentasiyaların hazırlanmasında iştirak etmək və onun ingilis dilindəki versiyasını işləyib hazırlamaq;

- Beynəlxalq layihəçi şirkətlərlə qarşılıqlı əlaqələrin, elmi-texniki əməkdaşlığın yaradılması və informasiya mübadilələrinin aparılmasında iştirak etmək;

- Layihəçi şirkətlərlə görüşlərdə, prezentasiyalarda iştirak etmək;

- İngilis dilində sorğu materiallarını işləyib hazırlamaq;

- Müqavilələrin hazırlanmasında iştirak etmək;

- Beynəlxalq sərgi materiallarının və kataloqların hazırlanmasında iştirak etmək.

Bilməlidir

- Elmi-texniki tərcümənin metodikasını

- Lüğətlərin, terminlərin standartlarını;

- Müəssisə, idarə və təşkilatların fəaliyyətinin ixtisaslaşmasını;

- Tədqiqatların, hazırlanmış işlərin Azərbaycan və müvafıq xarici dildə mövzular üzrə terminologiyasını;

- Elmi və ədəbi redaktənin əsaslarını;

- Fəaliyyət sahəsinə aid, Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını və normativ aktlarını;

- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydalarını.

Son müraciət tarixi 17.04.2016

Daha ətraflı bilgi əldə etmək və müraciət etmək üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

https://careers.socar.az/VacView?Vid=9006





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR