Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “Tullantılara ikinci həyat” veriləcək - FOTOLAR

Sumqayıtda “Tullantılara ikinci həyat” veriləcək - FOTOLAR

Sumqayıtda “Tullantılara ikinci həyat” veriləcək - FOTOLAR

Sumqayıt şəhər Təhsil şöbəsinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı, "Azərsun Holding” və "Azərikimya” İB-nin dəstəyi və iştirakı ilə tullantıların toplanması, çeşidlənməsi, idarə edilməsi, təkrar emalı ilə bağlı Sumqayıt məktəblilərinin ekoloji maarifləndirilməsi istiqamətində biliklərinin artırılması və bu sahədə gələcəyin gənc mütəxəssislərinin yetişdirilməsi məqsədilə "Tullantılara ikinci həyat” adlı layihəyə start verilib.

İlk tədbir 12 aprel tarixində Sumqayıt şəhər 13 saylı, növbəti tədbir isə 13 aprel tarixində 24 saylı tam orta məktəbdə keçirilib. Ümumilikdə 150-yə yaxın şagirdin iştirak etdiyi tədbirləri giriş sözü ilə Sumqayıt şəhər Təhsil şöbəsinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Emilya Səfərəliyeva açaraq, tədbirin mahiyyəti barədə məktəblilərə geniş məlumat verib. Çıxışında əsasən ətraf mühitin qorunması ilə bağlı məsələlərə diqqət çəkən natiq, məktəblilərlə tullantıların çeşidlənməsi və təkrar emalı, çeşidlənmə nəticəsində əldə olunan qənaət, ən əsası isə ətraf mühitə vurulan zərərin və ağacların kəsilməsinin qarşısının alınması haqqında fikirlərini bölüşüb, "Kagızın təkrar emalı” ("Ekoloji çantanın hazırlanması”) ilə bağlı təqdimatı iştirakçıların nəzərinə çatdırıb.

"Azərsun Holding”in İstehsalat müdiri Əli Məmmədov bütün dövrlər üçün aktual olan təkrar emal anlayışı, müasir həyatımızda təkrar emalı zəruri edən amillər, ətraf mühitin qorunmasında rolu və faydaları, tullantıların idarə edilməsində tətbiq edilən üsullar, həmçinin kağızın təkrar emalının bizə və ekologiyamıza gətirdiyi faydalar haqqında geniş məlumat verib, Holding əməkdaşları tərəfindən istifadəyə yararsız kağız tullantılarının təkrar emalı ilə bağlı təqdimat nümayiş etdirilib.Təlimçilər "Azərikimya” İB tərəfindən tullantıları toplamaq və çeşidləmək üçün məktəblərə hədiyyə olunan, xüsusi rəng və rəqəmlərlə nişanlanan konteynerlər haqqında şagirdlərə bilgi verib, rəng və nişanların mahiyyətini izah ediblər.Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Xatirə fotoşəkli çəkdirildikdən sonra "Azərikimya" İB tərəfindən təqdim olunan ağaclar məktəbin həyətində və məktəbyanı ərazilərdə əkilib.

Aprel-may aylarını əhatə edəcək tədbirlər silsiləsinin şəhərin 15-ə yaxın məktəbində keçirilməsi və bu tədbirlərin 1000-dən artıq məktəblini əhatə etməsi nəzərdə tutulub.

"Yenisumqayit.az"

Sumqayıtda “Tullantılara ikinci həyat” veriləcək - FOTOLAR

Sumqayıtda “Tullantılara ikinci həyat” veriləcək - FOTOLAR

Sumqayıtda “Tullantılara ikinci həyat” veriləcək - FOTOLAR

Sumqayıtda “Tullantılara ikinci həyat” veriləcək - FOTOLAR

Sumqayıtda “Tullantılara ikinci həyat” veriləcək - FOTOLAR

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR