Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Ekoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib

Aprelin 9-da "Sumqayıt Gənclər Evi”ndə Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı ilə "Ekoloji təhlükəsizlik” mövzusunda maarifləndirici xarakterli görüş keçirilib.

Tədbirdə tələbə-gənclər ilə yanaşı şəhərin müxtəlif sahələrini təmsil edən ictimai-fəal gənclər də iştirak edib. Məqsəd gənclərin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin mühafizəsinə cəlb olunmasından ibarət olub.

Tədbir çərçivəsində gənclər arasında ətraf mühitin mühafizəsinin vacibliyi ideyalarını geniş təbliğ etmək məqsədilə video-çarx nümayiş olunub.

Sonda iştirakçılara ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, Azərbaycan Respublikasının ekoloji siyasəti, iqlim dəyişmələri haqqında geniş məlumatlar verilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR