Sumqayıtda hava

Cəmiyyət

Bakı Ali Neft Məktəbinin tələbələri "Azərikimya"da təcrübə keçəcəklər

Bakı Ali Neft Məktəbinin tələbələri "Azərikimya"da təcrübə keçəcəklər

Bakı Ali Neft Məktəbi və "Azərikimya" İstehsalat Birliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Tədbirdə Universitetin rektoru Elmar Qasımov və "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev iştirak ediblər.

BANM-nin məlumatına görə, müqavilə mütəxəssis hazırlığı prosesində və biliklərin yayılmasında əməkdaşlığın həyata keçirilməsi məqsədi daşıyır. Belə ki, müqavilənin əsas məqsədi BANM-da bakalavriat səviyyəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və "ömürböyü təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılmasında birgə əməkdaşlıqdan ibarətdir.

Muxtar Babayev tədbirdə çıxış edərək, müqavilənin gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə olan tələbələr üçün böyük rolu olacağına inamını ifadə edib. M.Babayev bildirib ki, rəhbərlik etdiyi qurum BANM-in kampusunda tədris və tədqiqat mərkəzlərinin yaradılmasına təşkilati və texniki yardım göstərəcək.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində "Azərikimya" İB-nin mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə və əməkdaşlarına neft-kimya texnologiyalarının inkişafı ilə bağlı məruzələr təqdim ediləcək. Neft-qaz emalı, neft-kimya və idarəetmə texnologiyalarının inkişafı məsələlərinə həsr olunmuş birgə seminar və konfranslar təşkil olunacaq. İB-nin mütəxəssisləri tərəfindən BANM-də "ömürboyu təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılması məqsədilə qarşılıqlı əməkdaşlıqda bir sıra işlərin görülməsi, o cümlədən mütəxəssis hazırlığı və elmi fəaliyyətlə bağlı BANM-də hazırlanmış layihələrə ekspert rəylərinin verilməsi müqavilədə öz əksini tapıb.

Xatırladaq ki, ötən yay BANM-in 42 nəfər "Kimya mühəndisliyi” ixtisası üzrə II və III kurs tələbələri yay istehsalat təcrübəsi müddətində "Azərikimya" İB-in strukturlarında istehsalat təcrübəsi keçiblər. Onlardan 17 nəfəri isə, 2 ay müddətində ödənişli əsaslarla təcrübə keçərək maaşla təmin olunublar.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR