Sumqayıtda hava

Manşet, Cəmiyyət

Zakir Fərəcov: "2016-ci ilin birinci rübü Sumqayıt üçün uğurlu olub."

Zakir Fərəcov: "2016-ci ilin birinci rübü Sumqayıt üçün uğurlu olub."

Aprelin 14-də Sumqayıt şəhərində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş məruzə dinlənilib.

Ötən 3 ayda şəhər üzrə ümumi məhsul istehsalı və xidmətlərin həcmi 244,5 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 75,6 milyon manat və ya 44,8 faiz artım deməkdir. Sənaye müəssisələrində məhsul istehsalı 82 faiz artaraq 173,8 milyon manat təşkil edib. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 9 milyon manatdan çox investisiya yönəldilib.Kimya sənayesi üzrə məhsul istehsalı 121,6; yüngül sənaye 125,0 faiz; yeyinti sənayesi 24,6 dəfə; digər sahələr üzrə 4,8 dəfə; energetika üzrə - 93,0 faiz olub.

Şəhər İH-nin başçısı Zakir Fərəcov çıxışında bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub. Həyata keçirilən tədbirlər nəticəsində son 3 ayda 1933 yeni iş yeri açılıb. Ötən dövrdə 3297 nəfər ailə üzvü olan 848 ailəyə ünvanlı sosial yardım təyin edilib. Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində rüb ərzində Sumqayıtda əsaslı və kompleks yenidənqurma işləri görülüb.

Bundan əlavə, Heydər Əliyev və Azərbaycan küçələrində yerləşən, memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən yaşayış binalarının fasadları və eyvanları da yüksək zövqlə üzlənib. Heydər Əliyev Mərkəzində, Şahmat və Musiqi Məktəbində son tamamlanma işləri aparılır, Sumqayıt Dövlət Dram Teatrı əsaslı şəkildə təmir olunur. Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində kompleks tədbirlər davam etdirilib. Koroğlu küçəsində 4525 paqonmetr bardür düzülüb. Sülh küçəsi boyunca "Göyərçin” abidəsinə doğru ümumi uzunluğu 4 kilometr, eni 14 metr olan ikitərəfli yolda 3791 paqonmetr qranit səki daşı qoyulub, yolda tikinti işləri yekunlaşmaq üzrədir.

Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıtın yeni Dənizkənarı Bulvar Kompleksində və Sahil parkında 3700 paqonmetr uzunluğunda istinad divarı tikilib, 4200 metr uzunluğunda yolun özülü tikilib, yerə tamet döşənib. Şəhərdə genişmiqyaslı yaşıllaşdırma işləri davam etdirilib, 49 min ağac, 82 min gül kolu, o cümlədən palma ağacları əkilib, müxtəlif ərazilərdə qazon salınıb.

İlin əvvəlində şəhərdə Prezident cənab İlham Əliyev tərəfindən Sumqayıtda 100 binanın dam örtüyünün təmir olunmasına vəsait ayrılması üçün sərancam imzalanıb. 17-ci və 18-ci mikrorayonlarda artıq 81 binanın dam örtüyünün yenidən qurulması işləri başa çatdırılıb. Bu sahədə işlər sürətlə davam etdirilir.

Binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 140 ədəd yeni lift quraşdırılıb. 60 ədəd lift yenisi ilə əvəz olunur. Bu sahədə əhalinin problemləri tam həll olunacaqdır.

Təhsil müəssisələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlər görülüb, nizam-intizam gücləndirilib, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi işi davam etdirilib.

Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təchizatının yaxşılaşdırılması, abadlaşdırma işlərinin aparılması sahəsində tədbirlər görülüb və hazırda bu işlər davam etdirilir. Onkoloji xəstəxana, 1 №-li polinklinka və 1 №-li Doğum evində əsaslı təmir işləri aparılır.

Qeyd olunub ki, Sumqayıt mühüm bir mərhələni, quruculuq və yeniləşmə mərhələsini yaşamaqdadır. Bu mərhələni fərqləndirən əsas amil görülən işlərin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqətdə saxlanılmasıdır. Görüləcək işlər çoxdur və tutduğu vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hamı bir nəfər kimi Sumqayıtın yeni standartlara çıxması, gözəl şəhərlərdən birinə çevrilməsi işlərində yaxından iştirak etməli, Prezident İlham Əliyevin Sumqayıt və onun zəhmətkeş insanlarına olan böyük inamını şərəflə doğrultmalıdır.

Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR