Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtlı şəhidin komandiri: "Yalnız döyüş haqqında fikirləşirdi."

Sumqayıtlı şəhidin komandiri: "Yalnız döyüş haqqında fikirləşirdi."

Şəhid Əbdülməcid Axundovun ailəsi onun adının əbədiləşdirilməsini istəyir.

Şəhidin qardaşı Elçin Axundov deyir ki, onun qəhrəmanlıqlarını xidmət etdiyi hərbi hissədə də təsdiqləyirlər.

Sumqayıtlı şəhidin komandiri: "Yalnız döyüş haqqında fikirləşirdi."

E.Axundov "Xeberle.com"a bildirib ki, dəfn günü gecə saat 1 radələrində evlərinə Əbdülməcidin qulluq etdiyi hərbi hissədən bölük komandiri gəlib. Bölük komandiri Əbdülməcidin qəhrəmanlığından və onunla birlikdə keçdiyi döyüşlər haqqında danışıb:

"Əbdülməcidlə döyüşlərdə bir iştirak etmişik, Qapanlıda və Seysulanda olan bütün erməni dığalarını öldürmüşük və heç birini sağ buraxmamışıq (bunlara aid fotoşəkillər də bizə göstərildi). Bizə tapşırılan ərazidən bir neçə kilometr irəli getmişik. Gözünü qan almışdı sanki. Yalnız döyüş haqqında fikirləşirdi. Adi atəşkəs vaxtlarında belə deyərdi: "Komandir, nə oldu, bir zibil qaynasaydı gedərdik döyüşə." Döyüşlərdə çoxlu sayda erməni dığalarını öldürdü, yaralıları düşmən gülləsi altından çıxardı. Hətta özü kimi yaralanmış əsgər yoldaşını xilas edib həkimə təhvil verdi və silahını (PK) götürərək yenidən irəli atılaraq döyüşə getdi və qəhrəmancasına şəhid oldu.”

Şəhidin qardaşı deyir ki, itki ailələrinə çox böyük zərbə vursa da, Əbdülməcidlə qürur duyurlar:

- "Qardaşım çox mərdliklə və qəhrəmanlıqla döyüşüb vətən torpağı uğrunda şəhid olub. Əbdülməcid döyüşlərə könüllü atılıb və heç nədən qorxmayaraq döyüşüb. Ailəsini, gələcəyini, dostlarını fikirləşməyib. Vətəni, çiyin-çiyinə döyüşdüyü, gözünün qabağında şəhid olan əsgər yoldaşlarını fikirləşib. Əbdülməcidin vətənpərvər olduğunu bilirdik, amma bu dərəcədə QƏHRƏMAN olduğunu bilmirdik. Onsuz bundan sonra Əbdülməcidi qaytarmaq mümkün deyil, amma ən azından onun göstərdiyi qəhrəmanlıqların unudulmasını istəmirik və onun adını əbədiləşdirməyə çalışırıq.”

E.Axundov deyir ki, qardaşı ona yadigar əşyalar da qoyub gedib. Belə ki, o, döyüşə gedərkən qol saatını, 41 manat pul və telefon nömrəsini əsgər yoldaşlarindan birinə verib deyib: "Bunu qardaşıma verərsiz, mən gedirəm şəhid olmağa"...

Sumqayıtlı şəhidin komandiri: "Yalnız döyüş haqqında fikirləşirdi."

Qeyd edək ki, Sumqayıt şəhər 16-cı məhəllə sakini olan Əbdülməcid Nadirşah oğlu Axundov 1993-cü il oktyabrın 15-də anadan olub. 1999-2010-cu illərdə Sumqayıt şəhər 16 saylı orta məktəbdə təhsil alıb. 2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb və "Elektrik mühəndisi” ixtisasına yiyələnib. Ali məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.Ə.Məcidov Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

"Yenisumqayit.az"

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR