Sumqayıtda hava

Elan

"Bakcell"dən tələbə və məzunlar üçün təcrübə proqramı - ÖDƏNİŞLİ

"Bakcell"dən tələbə və məzunlar üçün təcrübə proqramı - ÖDƏNİŞLİ

Azərbaycanın İlk Mobil Operatoru olan Bakcell şirkəti 18-25 yaş arası tələbə və məzunlar üçün təşkil etdiyi "Smart Start” təcrübə proqramının yeni mövsümünün açılışını elan edir.

Bu proqram şirkətin müxtəlif şöbələrində peşəkar əməkdaşlarla birgə işləyərək, telekommunikasiya sahəsi üzrə dəyərli iş təcrübəsi toplamaq üçün əla bir fürsətdir.

Ənənəyə sadiq olaraq, şirkət təcrübə imkanlarını karyeralarının müxtəlif mərhələlərini keçən bütün şəxslər üçün təqdim edir. Bu ödənişli təcrübə proqramı həftədə 5 iş günü olmaqla 2016-cı ilin iyul ayından sentyabr ayınadək davam edəcək.

Bütün ərizələr 2016-cı il 20 apreldən 10 mayadək təqdim edilməlidir. 2016-cı il 16 maydan 16 iyunadək keçiriləcək ilkin seçim prosesində namizədlər sınaq və qrup müsahibələrinə dəvət olunacaqlar.

17 iyundan başlayaraq, təcrübə keçənlərin seçimi üzrə komitə bütün uyğun namizədlərlə fərdi və sahələr üzrə müsahibələr keçirəcək. Bu proses 27 iyunda başa çatdırılacaq və "Smart Start” proqramının uğurlu namizədləri 1 iyul 2016-cı ildə elan ediləcək.

Təcrübə proqramına başlamazdan əvvəl bütün seçilmiş namizədlərə Bakcell şirkəti tərəfindən daxili təlimlər keçiriləcək.

Faktiki proqram 2016-cı il 1 iyulda başlayacaq 1 sentyabrda başa çatacaq.

Bu 2 aylıq dövr ərzində təcrübə keçənlər səmimi işçi heyətin üzvləri kimi şirkətin gündəlik əməliyyatlarına fəal surətdə cəlb olunacaqlar.

Təcrübə proqramında iştirak etmək üçün namizəd aşağıdakı keçiddən istifadə edərək ərizə formasını doldurmalıdır: http://developtalent.bakcell.com/az

2015-ci ildə "Smart Start” təcrübə proqramında iştirak etmək üçün 2000 nəfərdən çox namizəd müraciət edib. Telefon vasitəsilə 688 nəfərlə müsahibə aparılıb, onlardan 480 nəfəri sınaq və qrup müsahibələrindən keçmək üçün seçiliblər. Onlardan 190 nəfəri fərdi müsahibələrə dəvət olunaraq uğur qazanıb, 32 nəfər isə proqramda iştirak edib. Təcrübə keçənlər arasında proqramı müvəffəqiyyətlə bitirmiş ən fəal və perspektivli 3 gənc Bakcell şirkətində işlə təmin olmaq imkanını əldə ediblər.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR